Страницы

14.09.2012

“Yarı sünni,yarı şiə olan əşirətdənəm atası sünni olan şiəyəm”


Suriyadakı acı reallığı əks etdirən lətifə

Suriyalılar ölkələrində sabitliyi pozan, lakin özlərini azadlıq uğrunda vuruşan mücahidlər kimi qələmə verən iğtişaşçıların qətliam, soyğunçuluq törətməklə yanaşı, həm də öz ağlı ilə ən kiçik bir hərəkət edə bilməyən kütbeyin muzdlular olmaları barədə lətifələr danışırlar.
Son günlər ən çox danışılan laşağıdakı ətifəyə uyğun olaraq karikatura da hazırlanıb:
Karikaturada "Azad Suriya Ordusu" adlı terror qruplaşmasının bir üzvü sivil vətəndaşı saxlayıb soruşur:
"Sən sünni əşirətindənsən, yoxsa şiə?"

Suriyalı da cavab verir:
"Mən yarısı sünni, yarısı şiə olan əşirətdənəm, atası sünni olan şiəyəm"
Terrorçu da bu cavabın qarşılığında çaşıb qalır, necə hərəkət etməli olduğunu müəyyən edə bilmir.
Axı ona yalnız iki cavab öyrədilib.

P.s. Artıq Suriyada belə hadisələrin sayı-hesabı yoxdur. Demək olar ki, hər gün obyektiv KİV-lər xəbər verir ki, Suriya müxalifləri sivilləri saxlayıb "sən sünnisən, yoxsa şiə" sualı verirlər.
Cavab "sünni" olarsa canını yalnız ciblərini boşaltmaqla qurtara bilir. Lakin cavab "şiə" olarsa, şəxsiyyət vəsiqəsində şiələrin çoxluq təşkil etdiyi yerdən və ya əşirətdən olduğun yazılarsa həmin vətəndaşı işgəncəyə məruz qoyur, qətlə yetirirlər.
Bəli, Suriyada acı reallıq belədir. Bu bir daha "Əl Qaidə" terror şəbəkəsinin Suriyadakı qolu olan "Azad Suriya Ordusu"nun üzvlərinin düşüncədən, məntiqdən uzaq düşdüyünü göstərməklə bərabər, eyni zamanda ölkədəki vəziyyətin necə ürəkağrıdıcı olduğunu da bir daha gözlər önünə sərməkdədir.

Seymur Abbas

Комментариев нет:

Отправить комментарий