Страницы

03.09.2012

Yeni ədəbiyyat verilişi - “Yeni səhifə” RTV-də açılır

Azərbaycan ədəbiyyatının durumundan bəhs edəcək televiziya verilişinin adı “Yeni səhifə”dir. Telelayihə “Regional Televiziya”da yayımlanacaq. Verilişdə Azərbaycan ədəbiyyatının bü günkü problemləri, son illərdə qələmə alınan əsərlər, çağdaş ədəbiyyatda narazılıqla qarşılanan məqamlar və digər məsələrə toxunulacaq.
Veriliş ədəbiyyatın inkişafı və mütaliənin təbliğinə xidmət göstərir. Bundan əlavə “Yeni səhifə”də regionda yaşayan yazarların yaradıcılığı da yer alacaq. Verilişdə toxunulan mövzular çağdaş Azərbaycan ədəbiyyatını yazanların dilindən müzakirə olunacaq. Qonaqlar əsasən Azərbaycanın gənc yazarları olacaq. Tamaşaçılar “Yeni səhifə”ni  hər həftənin cümə axşamı saat 20:30 –da gənc yazar Sərdarın təqdimatında izləyəcəklər. Verilişi rtv.az saytında canlı izləmək mümkün olacaq. Sentyabrın 6-da efirdə olacaq ilk verilişin mövzusu “Azərbaycan ədəbiyyatında atalar, oğullar”, qonaqlar isə həm ədəbiyyatda, həm də real həyatda ata-oğul olan şair Qəşəm Nəcəfzadə və Kəramət Böyükçöldür.

Комментариев нет:

Отправить комментарий