Страницы

05.10.2012

Azərbaycanda impotentlik artıb: 35-40 yaşlı kişilərin 40%-i əziyyət çəkir

İmpotensiyanın – cinsi zəifliyin geniş yayılmasını müxtəlif səbəblərlə izah edirlər. İzahlar demək olar ki, bir-birinə yaxındır. Həkim-ekspert Adil Qeybulla Modern.az-a açıqlamasında bildirib ki, gənclərin erkən yaşdan cinsi həyata başlaması, internetin, video materialların və pornoqrafiyanın surətlə yayılması bu məsələdə kifayət qədər onların laqeydlik fonunun yaranmasına gətirib çıxarır.
“Əsas səbəblərdən biri odur ki, müəyyən yaşa çatmış gənc üçün, bir növ, intim həyat maraq kəsb etmir. O mənada maraq ki, onun üçün gizli qalan heç nə olmur. Daha sonra ekoloji səbəbləri göstərmək olar.
Havanın, suyun, ərzağın, dərmanların çirklənməsi burada əsas faktorlardandır. Su, ərzaq, dərman təhlükəsizliyi, bütün dünyada Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi deməkdir. Bu gün bizdə və dünya bazarında genetik modifikasiya olunmuş ərzaqların (GMO) keyfiyyətsiz və aşağı keyfiyyət parametrləri və süni qidaların olması immun sistemini xeyli zərbə altına qoyur. Digər tərəfdən, Yer üzündə içməli su ehtiyatının azalması və Azərbaycanın özündə də suyun bərbad vəziyyətdə olması mütləq özünü göstərir”, – deyə ekspert vurğulayıb.
A.Qeybulla bildirib ki, Azərbaycan ərazisində Qəbələ RLS-in xeyli ərazini əhatə etməsi və insanların sağlamlığına neqativ təsirini də kənara qoymaq olmaz. Burada yüksək tezlikli radio şüalanmalar var və həmin şüalanma mübadilənin, onun funksiyasının normal çalışmasının qarşısını alır və təbii ki, impotensiya əmələ gəlməsinə səbəb olur.
“Həmin zonadan Qəbələ RLS-in zərəri nəticəsində çox xəstələr müşahidə etmişik. Qanın laxtalanma sisteminə təsiri, leykozlar, onkoloji xəstələrin statistikasına diqqət yetirsək, bunu görərik. Belə ki, Qəbələ RLS-in ərazisində olan bu xəstəlikləri, həmin stansiya tikilən dövr ilə müqayisə etsək, buna bir daha əmin ola bilərik. Yəni həmin regionda digər yerlərə nisbətən bu xəstələrin daha çox olması, həmin radiolokasiya ilə bağlıdır. Hesab edirəm ki, radiolokasiya stansiyası ilə yanaşı, mobil telefonları da bura əlavə etsək yaxşı olardı. Artıq mobil telefonlar 1800 Mhz tezlikdə çalışırlar və bu telefonlar bütün günü cibdə gəzdirilir. Telefonlar daim mərkəz və antenalar ilə bağlı olur. Bu baxımdan onlar şüalanma mənbəyidirlər. Bu orqanizmə neqativ təsir göstərir”.
Həkim-ekspert impotensiyanın dünyada geniş yayıldığını deyib. Onun sözlərinə görə, ölkəmizdə də bu problem çox ciddi şəkildə yaşanır.
“Hazırda bütün dünyada keçən əsrin 60-cı illərdən başlayan seksual inqilab insanların intim həyatına ciddi təsir etdi. Yəni 13-14 yaşında cinsi həyata başlayan bir gəncin mülki həyatının pik nöqtəsi xeyli cavanlaşmış olur. Yəni erkən cinsi həyat istər qızlar, istərsə də oğlanlar arasında kifayət qədər geniş yayılıb. Bu baxımdan müxtəlif cinsi yolla yayılan xəstəliklərin həddən artıq çoxalması bunu sübut edir. Bu gün gənclərin böyük əksəriyyətində bu və ya digər dərəcədə keçirilmiş xəstəliklərə tez-tez rast gəlirik. Bunların çoxu valideyndən gizli saxlanılır, tam müalicə olunmur və nəticədə də problemlər yaradır. Bizim bir çox saytlarda necə məqalələrin getdiyini görərsiniz. Bəzi saytlarda müəyyən yerlərdən pornoqrafiya materialları verilir. Bu indi müəyyən bir başlanğıcdır. Mentalitetin sərhədlərini aşan xeyli videomateriallar var. Təbii ki, bunların tam qadağan olunmasının tərəfdarı kimi çıxış etmirəm. Biz qloballaşan dünyadan kənarda yaşaya bilmərik. Bu artıq dünyəvi problemə çevrilir və bu məsələnin həlli də dünyəvi yolla həyata keçirilməlidir. O hallar ki, insanların və cəmiyyətin mənəviyyatına neqativ təsir edir, uzaq perspektivdə çox ciddi fəsadlara gətirib çıxaracaq, hesab edirəm ki, həmin məsələlərdə qaydalar biçilmiş ölçülərdə olmalıdır”.
A.Qeybulla deyir ki, dünyada bu vəziyyətdə olan təxminən 5 milyon ailə var. Ancaq bu cütlərdən yalnız 10%-i həkimə gedərək müalicə yollarını axtarmaqdadır. Sonsuz cütlərin 30%-i kişiyə bağlı, 30%-i isə qadına bağlı səbəblərdən körpə sahibi ola bilmirlər. Cütlüklərin 40%-i isə həm kişi, həm də qadında olan problemlər üzündən körpə sahibi ola bilmirlər. 35-40 yaşına çatmış kişilərin təxminən 40%-i cinsi zəifliyin müxtəlif formalarından əziyyət çəkir. Cinsi fəaliyyət aktının tam itməsi halları 50 yaşlı kişilərin 20%-də, 70 yaşlı kişilərin isə 50%-də rast gəlinir.
Androloq-seksopatoloq Həsən Səmədovun sözlərinə görə isə insanların bu xəstəliyi- impotensiyanı gizli saxlaması, daha böyük fəsadlara yol aça bilər.
“Yaşlı insanlarda erektil-disfunksiyaya (impotensiya) rast gəlinməsi normaldır, amma gənclərdən olmasının bir çox səbəbləri var. Əsas səbəblər kimi ümumilikdə qida və yuxu rejiminin pozulması, hər yerdə o cümlədən inkişaf etmiş bütün ölkələrdə elektromaqnit texnologiyanın inkişafı, mobil telefonlar və yaşayış binalarının üstünə quraşdırılan mobil telefon ötürücülərini göstərmək olar. Mobil telefondan ifrat istifadə etmək, televiziya və wi-fi şəhər mühitində elektromqanit sahəsi yaradır. Elektromaqnit sahəsi beyinə və birdə kişi cinsi orqanı, xayalara təsir edir. Xayalara təsiri nəticəsində spremanın azalması, testesteron kişi cinsi hormonun aşağı düşməsi baş verir. Testesteron xayalarda əmələ gəlir və bu neqativ hallar onun fəaliyyətini pozur. Tez-tez çox miqdarda alkoqolun, narkotik maddələrin və siqaretin istifadə edilməsi daha ziyanlıdır. Siqaretin tərkibində nikotindən başqa məlum olan 60-a qədər toksiki maddə var. Onlar toxumaların fəaliyyətini, qan dövranını və hormonal mübadilənin fəaliyyətini pozur və bir neçə mənfi təsir göstərir”.
H.Səmədov radiolakasiya stansiyalarının da bu xəstəliyin əmələ gəlməsində rolu olduğunu deyib. Müraciət edən xəstələrin yaşına gəlincə, seksopatoloq onların müxtəlif yaşda olduqlarını deyib:
“40 yaşına qədər müraciət edən xəstələrin və cavanların arasında əsasən seksual disfunksiya geniş yayılıb. Əsasən psixoloji məsələlər və ereksiyanın pozulması halları ilə bağlı şikayət edirlər. Bunlardan başqa cinsi yolla keçən infeksion xəstəliklər də çoxluq təşkil edir. Ay ərzində 30-40 müraciət olur”.

Anar Kəlbiyev

Комментариев нет:

Отправить комментарий