Страницы

15.10.2012

Bir bezin iki qırağı- PKK və Azad Suriya Ordusu

Seymur Abbas

Türkiyə və Pkk = Suriya və Azad Suriya Ordusu

Türkiyə üçün PKK terror təşkilatı nədirsə, Suriya üçün "Azad Suriya Ordusu" da odur.
Türkiyə rəhbərliyinin PKK ilə mübarizəsi nədirsə, Suriya rəhbərliyinin silahlı üsyançılarla mübarizəsi də odur.
Üsulları, hədəfləri, strategiyaları, hücumları, xarici dəstək mərkəzləri və maddi qaynaqları baxımından PKK ilə Azad Suriya Ordusunun bir-birindən fərqi yoxdur.
Hər ikisi də dövləti və milləti hədəf alır.
Hər ikisi də demokratik mübarizə apardığını deyir.
Hər ikisi də azadlıq döyüşçüsü olduqlarını elan edirlər.
Hər ikisi də, silahlı və qanlı hücumlarla guya demokratik haqq axtardığını bildirir.
Hər ikisi də silahlıdır, hər ikisi də qan tökür.

Hər ikisi də sadə vətəndaş, əsgər ayırd etmədən önünə gələni hədəf alır, bombalayır, qətlə yetirir.
Hər ikisi də təhdidlə danışır.
Hər ikisinə qarşı ölkədaxili antipatiyaya mövcuddur və buna görə də xaricdən dəstəklə mövcudluğunu təmin edə bilir.
Hər ikisi də xaos və qırğınla varlığını davam etdirir.
Hər ikisi də ABŞ-B.Britaniya-İsrail troykasını idarə edənlər və onların əlaltıları tərəfindən idarə edilir.
Suriyada Azad Suriya Ordusu adlı silahlı terror birliyinin hücumları nəticəsində çox sayda sivil, hərbi itkilər olub və eyni zamanda özünü azadlıq döyüşçüsü adlandıran bu terrorçular, Bəşər Əsədin xalqı hədəf aldığını iddia edir, Türkiyədə də PKK adlı terror təşkilatının hücumları nəticəsində illərdir ki sivil və hərbi itkilər olur və eyni zamanda özünü azadlıq döyüşçüləri adlandıran bu terrorçular, Türkiyə dövlətinin Şərqi Anadoludakı xalqı hədəf aldığını iddia edir.
Türkiyə vətəndaşlarının ürəyini PKK terroruyla parçalayan, gözləri yaşlı valideynləri övladsız, övladları valideynsiz qoyanlar, Ərəb Baharı prosesinəndə də Suriya vətəndaşlarının ürəyini Azad Suriya Ordusu adını verdikləri silahlı üsyançılarla parçalayır, valideynləri övladsız, övladları valideynsiz gözləri yaşlı qoyurlar.
Fərq isə bundadır ki, PKK artıq terrorçuluqda "xarlanıb", Azad Suriya Ordusu isə hələ tam olaraq "özünü tutmayıb" ...
Elə isə, Türkiyədə AKP hakimiyyəti PKK terroruyla ürəyi yanan anaların, gözüyaşlı uşaqların ağrı-acılarını həqiqətən də anlayır və bunun əleyhinədirsə, eyni şəkildə Suriyadakı anaların ürəyini yandıran, uşaqları yetim,gözüyaşlı qoyan, şəhər və kəndlərdə soyğunçuluqla məşğul olan, girdikləri məntəqələrdə kişilərin bir qismini öldürüb bir qismini də yükdaşıma üçün qul kimi istifadə edən, qadınları zorlayan və müharibə qəniməti kimi götürən, üstəlik həyasızcasına bütün bunları Bəşər Əsədin etdiyini iddia edən vəhşiləşmiş üsyançı Azad Suriya Ordusuna arxa çıxmaz, dəstək olmaz.
Amma çox təəssüf ki, Türkiyədə Azad Suriya Ordusu adlı bu terror qruplaşması üçün düşərgələr qurulmaqda, onlara hərbi təlimlər keçilməkdədir.

P.S. : Bu vandalizm, bu terror nə Türkiyənin, nə də Suriyanın təbii tarixi inkişaf prosesinin meydana gətirdiyi məcradır. Bu Qlobal İmperializmin diktə etdiyi yeni "Böyük Orta Şərq Proyekti" adlı yeni süni kəskin kontinentallılığın doğurduğu sıldırımlı "böyük kanyon"dur.
P.S.S. : Bu sualı da verməmək olmur ki, Ərdoğan və AKP hökuməti qatıldıqları şəhid cənazələrinin dəfn mərasimlərində nə qədər səmimidirlər?

Комментариев нет:

Отправить комментарий