Страницы

15.10.2012

BP-nin hasilatı azaltması siyasi məsələdir

Mayis Güləliyev

"Qarabağ konflikti -Neft şirkəti Ramkonun Azərbaycana gəlişi (1989)- "Əsrin müqaviləsi" (1994)-BTC -2003-cü il prezident seçkiləri bütün bunlar bir birilə əlaqəli məsələlərdir. BP-nin hasilatı azaltması-Hakimiyyət tərəfindən BP-nin ACIQ tənqidi-2013-cü il prezident seçkiləri də bir-birilə əlaqəlidir. Əlaqənin əsasında nə dayanır:
1. BP hasilatı azaltmaqla Azərbaycan hakimiyyətinə iqtisadi təzyiq göstərmək və bununla öz payını artırmaq istəyir.
2. Azərbaycan hakimiyyəti son 3 ildə buna razılıq vermir

3. BP Azərbaycana təzyiq vasitəsi kimi 2013-cü il seçkilərində GİZLİ şəkildə müxalifəti dəstəkləmək  qərarına gəlib.
4. Bu plan hakimiyyətə məlum olub və hakimiyyət BP-yə əks təzyiq etmək qərarına gəlib.

Nə şəraitdə nə ola bilər.
1. BP MÜXALİFƏTDƏN yalnız təzyiq vasitəsi kimi istifadə edə bilər. Belə təzyiq 1992 -ci ildə  1993-cü və 1994-cü ildə olub. 2003-cü ildə BTC-nin maliyyələşməsində də olub. Müxalifətə dəstək yalnız təzyiq üçün verilə bilər, onun hakimiyyətə gəlməsi üçün YOX!
2. Belə olan halda hakimiyyətin "ictimai təzyiqi" elə güclü ola bilər ki, BP hakimiyyətlə tez bir zamanda razılığa gəlsin (2013-cü il seşkiləri müqabiulində müəyyən faiz güzəşt!)

Beləliklə, BP ətrafında onun özünün qurduğu oyun növbəti dəfə Azərbaycanın ziyanına "həll edilmiş" olacaq.

Комментариев нет:

Отправить комментарий