Страницы

17.10.2012

ÇAXIRLAR DÖYÜŞÜ

Xosrov Barışan

Bax ...
Ey insan bax...
Dünyaya yalnız
Silahların
Arpacıq dəliyindən
Bax!
***
Çaxırlar döyüşəcək bir gün!
Çaxırlar
Döyüşəcək
Öncə masalarda;
Yer yuvarlağının
Xəritəsi
Çəkilən dək!
Çaxırlar döyüşəcək damaqlarda;
Neft qoxan
İşçi əlləri dək!

Çaxırlar bütün hirslə
döyüşəcək;
Orta doğuda
Yaranan
Bütün savaşlar dək!
Birdən birə sonra;
Qusulacaq bütün yağışlara
İztirab
Döyündürən
Ürəklər dək!
Və şeir;
Dərdimin ösgürməsidir yavrım.
***
Çaxırlar döyüşəcək hər gün;
Qumarbazlardan xəbərsiz
Güllələrin öpüşməsi dək!
Nə pullaa..ar sovrulacaq onların sağlığına
((Yaşa insan)) mahnısı oxunaraq!
Sonra;
İnsanlıq yalnız
İşlənəcək reklamda!!!

Комментариев нет:

Отправить комментарий