Xebername.az İnternet qəzeti Gazete5-ə istinadən xəbər verir ki, Qərb Şəriyənin Ramallah şəhərindəki Ofer hərbi düşərgəsi qarşısında toplaşan bir qrup Fələstinli, əsir mübadiləsi müqaviləsi ilə sərbəst buraxıldıqdan sonra İsrail tərəfindən təkrar həbs olunan 8 Fələstinlinin yenidən azadlığına qovuşmasını tələb edib.Fələstin bayraqları daşıyan etirazçılar, İsraili əleyhinə şüarlar səsləndirib. İsrail təhlükəsizlik qüvvələri, Fələstinliləri ərazidən uzaqlaşdırmaq üçün gerçək güllə və göz yaşardıcı bombadan istifadə edib.
Qeyd edək ki, İsrail ordusu bir neçə həftə əvvəl əsir mübadiləsi müqaviləsilə sərbəst buraxılan 8 Fələstinlini təkrar həbs etmişdi. İsrail rəhbərliyi, 11 Oktyabr 2011 tarixində Həmas Hərakatı ilə əsir mübadiləsi müqaviləsini imzalamış, İsrail əsgəri Gilad Şalit qarşılığında İsrail həbsxanalarındakı 1027 Fələstinli sərbəst buraxılmışdı.
Комментариев нет:
Отправить комментарий