Страницы

18.10.2012

Fərzad Leysi. Sabah

Bu sabahda acından ölmədi
Acından ölmədi acılar
Az sonra yasaq sevişməyi sevsəm
Görməzdən gəlsəm buğlanan qarımı
Çəkilsə aradan xayin küçələrin kefliliyi
Dinc bir yatağa girsə sevişməyə gəbə göylüm
Mirdəşirlə mıtlaşıb dirilər
Əynimdəkilər əynimdəkilərə qarışsa
Həmən iş işdən geçsə
Həmən acından ölər acılar
Qaşınsa bizə zəng açan əluva deyənlər
Qanayıb qaşınmalar şaşırsa
Dara çəkilsə içim içində
Ölsəm o günü görsəm
Yasaq sevişməyi sevər mən
Yasaq sevişməyi sevər sən

Sellullarda sustalsa şüşələr
Uyuşdurucu sorumlusu əlkollar
Əynimdəkilər əynimdəkilərə qarışsa həmən iş işdən geçsə
Bu şerin şeytanı şişlənəsə
Məmə qabılar bölünsə
Ağızlara basılsa
Maskalanmış şəhər
Küçələrə namussuzluq dolsa
Küçələrin havası tütqun
Çayımın erkək tayı var
Qarımın dünəni dolmalayan dul kişisi
Öncə sonrasızdım sonra öncəsiz
Cinsi xarab cininə çəkərsə
Bizim küçə özünə dəydi
Mən özümə dəydim
Bir qabırqası artıq qadın
Qanına qaşıqlanıb qanımı qaşıqlayır
Öncə öncəsiz sonra sonrasız
Ayağımın yüngülluğundan yel aparsa mən yolların qaz nobəsində
Məni sorarsa quyruğu belindəm
Saratana tutuldu yumurta qabığında sıçanlı günlər
Arxayınlığa çıxsa çıxar
ağıllılar Xaylar
Açılsa buzu boz baxışların arxasında mən
Küçənin cırığına cırılsa gözlərim gözümdən düşsə
Qusdursa məni tökülsə eşiyə içimdəkilər
Az sonra yasaq sevişməyi sevcək
Küçəni leş qoxusa bir an əvvəl kəfən luks bir əlbisə olsa
Bu şeirin şeytanı şişlənəcək
Eşitsə qulaqlar
Birisi qaşınmada əluva deyənlər əluva desə
Əluva desən
Bu sabahda acından ölməsə acılar
Hislənməyəcəm
Birdə bu numaraya zəng açsan gəlib corabını çıxaracam

Комментариев нет:

Отправить комментарий