Страницы

07.10.2012

KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ -38

XXXVIII yazı: Vaxtı çatanda Komitet 300 başqa xalqlar üçün də hərbi genosid planı hazırlayıb və həmin vaxt artıq çox da uzaqda deyil

 Komitet 300-ün şəbəkəsinə minlərlə böyük və xırda bank daxildir ki, onların arasında Banca Commerciale İtaliana, Banka Privata, Banko Ambrosiano, The Netherlands Bank, Barclays Bank, Banko del Colombia, Banco de İbero-Amerika kimi bankları göstərmək olar. Banka del la Svizzeria İtaliana (BSİ) xüsusi maraq doğurur, çünki bu bank “uçan kapitalların” ABŞ-a investisiyası ilə məşğul olur- işlər əsas etibarilə dollar və ABŞ obliqasiyaları ilə aparılır. Bu bank Venesiya “Qara Aristokratiyasının” “uçan kapitallarının” mərkəzi olan “neytral” Luqanoda izolyasiyada yerləşir. Luqano nə İtaliyanın, nə də İsveçrənin ərazisinə daxil deyil və kölgəli “uçan kapitalla” əməliyyatlar üçün kölgəli zonadır. Banka del la Svizzeria İtaliana bankında böyük aksiya paketinə malik olan Corc Boll bankın nüfuzli “insayderi” (insayder- təşkilatın sirrləri barədə məlumatlı olan şəxs) və  ABŞ-da bankın təmsilçisidir.

 Bank of Credit and Commerce International, Banca Nationale Del Lavoro, Banco Mercantil de Mexico, Banco Nacional de Panama, Bangkok Metropolitan Bank, Bank Leumi (İsrail), Bank Hapoalim (İsrail), Standard Bank, Bank of Geneva, Bank of Ireland, Bank of Scotland, Bank of Montreal, Bank of Nova Scotia, Banque Paris et Pays Bas, British Bank of the Middle East, The Royal Bank of Canada- bunlar “ixtisaslaşmış” bankların böyük siyahısında olanların yalnız bəziləridir.
 Cənubi Afrikadan olan Oppengeymerlər Rokfellerlərlə müqayisədə qat-qat “ağır çəki kateqoriyasında” çıxış edir. Məsələn, bütün dünyada qızıl və almaz hasilatı və satışı ilə məşğul olan nəhəng Anglo American Corporation korporasiyasının sədri olan Harri Oppengeymer 1981-ci ildə Şimali Amerikanın bank bazarına çıxmaq niyyətində olduğunu bəyan etmişdi. Oppengeymer ABŞ-da iri bankların
-bunların arasında “Citiqrup” bankı da var idi- səhm paketlərinin alınması məqsədilə xüsusi olaraq yaradılan kompaniyaya tezliklə 10 milyard dollar investisiya yatırdı. Oppengeymerin “Minoqrup” adlandırılan investisiya kompaniyası Bermudda -Böyük Britaniya Kral nəslinin qoruğunda- öz filialını yaratdı. “Minoqrup”un Direktorlar Şurasına “Citiqrup” bankından Uolter Vriston və onun baş hüquq məsləhətçisi Robert Kler daxil oldu.
 Qiymətli metal və minerallar sahəsində Oppengeymerlə yarışan yeganə kompaniya “Consolidated Gold Fields of South Africa” idi.
Lakin Oppengeymer 28 % payla ən iri səhmdar kimi ona nəzarəti ələ keçirdi. Beləliklə, qızıl, almaz, platin, titan, mis, dəmir filizi və eləcə də əksəriyyəti ABŞ üçün mühüm strateji əhəmiyyət kəsb edən 52 adda metal və mineral Komitet 300-ün əlinə keçmiş oldu.
 Komitet 300-ün Cənubi Afrikadan olan erkən üzvlərindən biri, Sesil Con Rodsun planı bax belə idi və bu plan artıq həyata keçirilmişdir. Onun həyata keçirilməsi Cənubi Afrikada, “burlar” adlandırılan minlərlə və minlərlə ağ fermerin və onların ailələrinin qanının axıdılması ilə başlandı. Bütün dünya əli qoynunda durub seyr etdiyi vaxt, bu kiçik xalq tarixdə ən qəddar hərbi genosidə məruz qaldı. Vaxtı çatanda Komitet 300 başqa xalqlar üçün də belə bir tale hazırlayıb və həmin vaxt artıq çox da uzaqda deyil.
 Sığorta kompaniyaları Komitet 300-ün biznesində həlledici rol oynayır. Bunların arasında Venesiyada “Assicurazioni Generali” və “Riunione Adriatica di Sicurta” kimi əsas sığorta kompaniyaları da vardır. Bu kompaniyalar dünyada müvafiq olaraq birinci və ikinci yeri tuturlar, onlar öz bank hesablarını Beynəlxalq Hesablaşmalar Bankında İsveçrə qızıl franklarında saxlayırlar. Onların hər ikisi çoxsaylı investisiya bankına nəzarət edir ki, həmin bankların Uoll Stritdə səhmlərdə dövriyyəsinin həcmi ABŞ investorlarının dövriyyəsindən iki dəfə çoxdur. Sığorta biznesinin bu iki nəhənginin Direktorlar Şurasında həlledici rolu oynayan Komitet 300-ün üzvləri bunlardır: Roma və Venesiya “Qara Aristokratiyasından” olan, öz şəcərəsini imperator Yustiniandan davam edən Custiniani ailəsi,  “Hambros (Merchant) Bank”dan olan Ser Coselin Hamro, şəcərəsi altı əsr hesablanan və Venesiya “Qara Aristokratiyasının” ən qədim Luzattilərinə gedib çıxan Pyerpaolo Luzatti Fegiz və “Qara Aristokratiyanın” qədim ailələrindən olan Ortolani ailəsindən Umberto Ortolani.
 Komitet 300-ün Venesiya “Qara Aristokratiyasının” qədim ailələrindən olan digər üzvləri və “Assicurazioni Generali” və “Riunione Adriatica di Sicurta” sığorta şırkətlərində İdarə Heyətinin üzvləri bunlardır: Doria ailəsi- İspaniya Qabsburqlarının maliyyəçiləri; Eli de Rotşild; Baron Avqust fon Fink- Almaniyanın ikinci ən varlı adamı, dünyasını dəyişib; öz şəcərəsini qədim Romanın eyni familiyalı senatorundan gətirən “Qara Aristokratiyanın” qədim Orsini ailəsindən Franko Orsini Bonakassi; şəcərəsi qüdrətli Hersoq de Albaya gedib çıxan Alba ailəsi və Belçikalı Rotşildlər ailəsinin kuzeni (kuzen- dayı, xala, əmi və ya bibi uşağı) Baron Pyer Lambert.
 Böyük Britaniya Kraliçasının nəzarət etdiyi ingilis kompaniyalarından “Eagle Star” (İql Star- Qartal Ulduzu), Amerikanın sığorta şirkətlərinin əksəriyyətinin, o cümlədən də “Allstate Insurance” kompaniyasının mülkiyyətçisi olan və onlara nəzarət edən Prudential Insurance Company kompaniyalarını göstərmək lazımdır.
Bu siyahının başında, çox guman, Mİ-6-nın ən qüdrətli örtük-pərdəsi olan “Eagle Star” durur. “Eagle Star” böyüklüyünə görə “Assicurazioni Generali” ilə çəkişə bilməsə də, görünür bu şirkət heç də ondan az vacib deyil, çünki onun mülkiyyətçisi kral ailəsidir və “Eagle Star”a Komitet 300-ün nominal başçısı olaraq çox böyük təsir göstərir.
 “Eagle Star” yalnız Mİ-6 üçün deyil, həm də “Hill-Samuels”, “N.M.Rotşild və oğulları” (qızıla qiymətlərin “fiksatorlarından” biri, buna Londonda hər gün rast gəlmək olar) və “Barclays Bank” (Afrika Milli Konqresinin maliyyə mənbələrindən biri) da daxil olmaqla, ən iri Britaniya bankları üçün də örtük-pərdə qismində çıxış edir. Kifayət qədər böyük dəqiqliklə demək olar ki, ən nüfuzlu britaniyalı oliqarxik ailələr “Eagle Star” kompaniyasını Komitet 300-ün siyasətinə müqavimət göstərənlərə qarşı “qara əməliyyatları” həyata keçirmək üçün vasitə kimi yaratmışlar.
 Mərkəzi Kəşfiyyat İdarəsindən fərqli olaraq, Mİ-6-nın yüksək rəhbərlərinin adlarının açıqlanması Böyük Britaniya qanunları ilə ciddi cinayət hesab olunur. Buna görə də aşağıda Mİ-6-nın rəhbər zirvəsinin siyahısının yalnız bir hissəsi verilir- onlar həm də Komitet 300-ün indiki (və ya keçmiş) üzvləridir: Lord Hartli Şoukross, Ser Brayan Edvard Mauntin, Ser Kennet Keys, Ser Kennet Stronq, Ser Uilyam Stefenson, Ser Uilyam Vaysman.
 Adı çəkilən şəxslərin hamısı Komitet 300-ün həlledici kompaniyalarının işinə çox dərin cəlb olunublar (ya da əvvəllər cəlb olunmuşdilar) və həmin kompaniyalar bütün fəaliyyət sahələrində məşğul olan minlərlə şirkətlə qarşılıqlı surətdə bağlıdırlar.
Bu kompaniyalardan bəzilərinin siyahısı budur: “Rank Organization”, “Xerox Corporation”, “ITT”, “IBM”, “RCA”, “CBS”, “NBC”, “BBC and CBC” telekommunikasiyalar sahəsində, “Raytheon”, “Textron”, “Bendix”, “Atlantic Richfield”, “British Petroleum”, “Royal Dutch Shell”, “Marine Midland Bank”, “Lehman Brothers”, “Kuhn Loeb”, “General Electric”, “Westinghouse Corporation”, “United Fruit Company” və bir çox başqaları.
 Mİ-6 bu kompaniyaların böyük hissəsinə Böyük Britaniya kəşfiyyatının Nyu-Yorkda, RCA kompaniyasının binasında -bura Mİ-6-nın rəhbəri Ser Uilyam Stefensonun mənzil-qərargahı olmuşdur- yerləşdirilən rezidentləri vasitəsilə rəhbərlik edir. “Radio Corporation of America” (RCA) – bu, “General Electric”, “Westinghouse”, Böyük Britaniya taxt-tacının maraqları naminə fəaliyyət göstərən “Morgan Guarantee and Trust” və “United Fruit” kompaniyaları tərəfindən hələ 1919-cu ildə Böyük Britaniya kəşfiyyatının mərkəzi kimi təşkil olunmuş müəssisədir. RCA-nın ilk prezidenti- Ouen Yanq C.P.Morqanın adamı idi və “Yanq Planı” onun adı ilə adlandırılmışdı. 1929-cu ildə RCA-ya David Sarnoff rəhbər təyin olundu- o 1919-cu ildə keçirilən Paris Konfransında (bu konfransda qalib gələn “müttəfiqlər” məğlub edilən Almaniyanın kürəyinə xəyanətkarcasına xəncər sapmışdı) Ouen Yanqın köməkçisi olmuşdu.
 Uoll-Stritdə bank və makler kontorlarından ibarət bütöv bir şəbəkə fond bazarında Komitet 300-ün maraqları naminə əməliyyatlarla məşğul olur. Bunlardan ən mühümləri “Blyth”, “Eastman Dillon”, “The Morgan Groups”, “Lazard Freres” və “Kuhn Loeb Rhodes” şirkətləridir. Uoll-Stritdə ümumiyyətlə hər şey “İngiltərə Bankı”nın nəzarəti altında baş verir, onun üçün təlimatlar isə Morqanın qrupları vasitəsilə instansiyalar üzrə ötürülür və bundan sonra əsas broker evləri tərəfindən həyata keçirilir ki, onların yüksək icraçı rəhbərləri bu direktivlərin yerinə yetirilməsinə tam cavabdehdirlər. “Drexel Burnham Lambert” kompaniyası “Morgan Guarantee” kompaniyası tərəfindən müəyyən edilən limitləri ötüb keçənə qədər Komitet 300-ün favoritləri sırasında idi. Əsas broker evlərinin hamısı 1981-ci ildə Komitetə satıldı, “Phibro” isə “Salomon Brothers” ilə birləşdi. “Phibro”- bu Oppengeymerin “Anglo American Corporation” şirkətinin işgüzar rıçaqıdır. Bu idarəetmə mexanizmi sayəsində Komitet 300-ün öz üzvləri və geniş yayılan korporasiyalar şəbəkəsi üçün Uoll-Stritdə təmin etdiyi investisiyaların dövriyyə sürəti “insayder” olmayan xarici investorların dövriyyə sürətini iki dəfə üstələyir.
 Xatırlayaq ki, dünyanın ən varlı ailələrinin bəziləri Avropada yaşayır, buna görə də onların Komitet üzvləri arasında üstünlüyə malik olması təbiidir. Bir vaxtlar Almaniyanın bütün poçt sisteminin mülkiyyətçisi olan Fon Turn və Taksis ailəsi ilə müqayisədə Devid Rokfeller kasıb qohum kimi görünür. Fon Turn və Taksis sülaləsinin 300 il yaşı var
, bir-birinin ardınca onun bütün nəsillərinin Komitet 300-də yeri olub və bu yeri onlar indi də tuturlar. Komitet 300-ün Venesiya “Qara Aristokratiyasına” məxsus ən varlı ailələrinin bir çoxunun adını artıq çəklmişik, indi biz Komitet 300-ün amerikalı üzvlərinin adlarını çəkəcəyik və onların Böyük Britaniya Taxt-tacı ilə əlaqələrini izləməyə çalışacağıq.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий