Страницы

23.10.2012

Mən səni unutmadım ki

Elçin Mirzəbəyli

İllər arxasında qaldı ayrılıqlar,
Bir ilmi, beş ilmi...
Anlayamadım.
Sənisizliyin hər anı
ölüm qədər soyuq,
ümid qədər sıcaq...
Nə isti göz yaşları, nə baxışın qədər
üsyankar bir ocaq
isidə bilmədi
sənsiz əllərimi.
Sənsiz saçlarımı
isidə bilmədi
isti yay yağışları.
Unutmaq istədim:

Ovcumda titrəyən əllərini,
Sinəmi yandıran tellərini
Gözümdən dodaqlarıma qədər
barmaqlarının hərarətini,
sənsiz gecələrin
minillik nisgilini,
həsrətini unutdum...
Mən səni unutmadım ki...

Üşüdüm Tanrım!
Buz tutmuş divarlar
Kabus kimi yeriyəcək üstümə -
Əllərim ilan kimi qıvrılacaq,
min yol geri qayıdacaq
düşündüklərim...
Dönəcək
Yanmış körpülər,
Sınmış ürəklər
Paramparça olmuş
ümidlər,
Solmuş çiçəklər üzərindən.
Dönəcək
sahilsiz dənizlərin
tənha qayıqlarında
Tək səni...
tək səni...
tək səni unudum deyə!
Payız yağışı kimi
alnımdan süzülən saçlarını,
Qaprqara buludlar içində
Qəribsəyən gözlərini,
Bir ümid dolu,
Bir sevda dolu,
Sözlərini unutdum...
Unutdum...
Mən səni unutmadım ki...

Dəli-dolu bir sevdaydı
Günlərimiz,
Uçurduğumuz kağız
quşcuğazlar kimi
İlk və son uçuşunda...
Min ilin unudulmuş sevdaları
Dolunırdı başımda,
Dolanırdı bir kərə uçan
yarpaqlar kimi...
Dolanırdı başını endirmiş
bəyaz bayraqlar kimi...
Dönəsi yerimiim var, Tanrım!
Unudum -
Sənli olan hər şeyi:
Ən gözəl duyğuları,
Ən gözəl sevdaları,
Sənə dönən
Yolları, körpüləri...
Unutdum!
Mən səni unutmadım ki...

Комментариев нет:

Отправить комментарий