Страницы

22.10.2012

Postimpressionizm cərəyanının nümayəndəsi

Postimpressionizm cərəyanının nümayəndəsiVan Qoqun qulağını dostu Pol Qoqen kəsmişdir

Van Qoq incəsənət tarixi boyu bəlkə də ən ağır, çətinliklərlə dolu həyata malik olan simadır. Ən azı həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur. Vinsent 1853-cü il 30 mart tarixində, Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində anadan olmuşdur.
Van Qoq müasirləri tərəfindən birmənalı şəkildə qarşılanmamışdır. Ümumilikdə, impressionizmə və daha sonra post-impressionizmə həmin dövrdə müxtəlif baxışlar var idi.
Van Qoq sənətinə 1880 – ci illərdən başlayaraq diqqət göstərilir. Onun əsərləri tez-tez mətbuatda, tənqidçilər arasında müzakirə olunur və bu da öz növbəsində rəssamın ölümündən sonra təşkil olunan sərgilərdə öz əksini tapır.
20-ci əsrin əvvəllərində, Paris (1901-1905), Amsterdam (1905), Köln (1912), Nyu-York (1913) və Berlində (1914) sərgilər təşkil olunur. Məhz bu sərgilər Van Qoqun dahiliyinin hamı tərəfindən qəbul edilmasinə aparır.
İlk dövr qara qələm işlərində mədən işçilərini, kəndliləri mövzu etmiş; kartof (yeralma) yığanları, toxuma dəzgahı kimi mövzuları işləmiş bir yandan da cansıxıcı göylər və tünd rənglərlə iç qarardıcı mənzərələr təsvir etmişdir. Kartof Yeyənlər tablosu bu kədərli və iç qarardıcı dövrünə işarə edir.
Odur ki, son 10 ildə dünya incəsənət auksionlarında Van Qoqun əsərləri rekord qiymətlərə satılır.
Ümumilikdə Van Qoq həyatı boyu 2000-dən artıq şəkil, eləcədə 3000-ə yaxın rəsmin müəllifidir ki, onlardan ən məşhurları həyatının son iki ilini əhatə edir.
Van Qoqun qulağını dostu Pol Qoqen kəsmişdir. Alman tədqiqatçıları hesab edirlər ki, Van Qoq ağılsız olsa da, sədaqətli olub. O, dostu Pol Qoqeni çox sevirmiş və heç bir halda ona qarşı ifadə verərək həbsxanaya düşməsinə razılıq verməzmiş.

Postimpressionizm cərəyanının nümayəndəsi

"Kartof yeyənlər"

Postimpressionizm cərəyanının nümayəndəsi

"Məhbusların gəzintisi" 1888

Postimpressionizm cərəyanının nümayəndəsi

"Montmartr təpəciyi" 1888

Комментариев нет:

Отправить комментарий