Страницы

08.10.2012

Pərdəarxası söhbətlər -1

Евреи-ортодоксы Израиля празднуют пурим (פּוּרִים иврит) - веселый весенний праздник в память спасения евреев от истребления в Персидском царстве (Книга Есфири); 4 апреля 2007.
Misir Əsgərov

Tarixdə məlumdur yəhud qövmü insanları müxtəlif yollarla satın almış aldatmış, qız alıb- qız verməklə qohumluq əlaqələri qurmuş, onları şantaş etmiş, sələm verməklə onları özündən asılı etmişlər. Sionistləırin və masonların çirkin sözlərinə aldanmış yüzlərlə müsəlman başçılarından biri İranda hakimiyyətdə olan türksoylu Qacar tayfasından olan Nasirəddin şah olmuşdur. Yəhudilərin verdiyi vədələrə aldanıb ilk dəfə yəhudi dövlətini qurmaq ideyasını irəli sürən şəxslərdən biri də o olmuşdur. Tehran yəhudilərinin rəhbəri Rabi İshaq "Alliance İsraelite universelle" rəhbərinə məktub yazaraq İran yəhudilərinin vəziyyətindən şikayərləndi.
Bu təşkilat da qərara aldı ki, İrana nüfuzunu artırsın. Burda İranda artıq fəal olan mason təşkilatları İslamın ürəyinə xəncər sancmaq üçün meydana girdilər. Mirzə Fətəli Axundovun mənəvi müəllimi olan İranda özünü müsəlman kimi qələmə verən Mirzə Mülküm xan meydana girdi. O Avropaya səfər etmiş Qacar şahını sionistlərlə görüşdürdü və şah onların şirin vədələrinə aldandı. Şah sionistlərin ideyasının əsas hamilərindən birinə çevrildi. Şekspirin "Venesiyalı tacir" əsərindən sonra Avropada yəhudi sələmçilərinə nifrət güclənmişdi. Özünü müsəlman kimi qələmə verən Mirzə Mülküm xan kimi tanınan İranda masonluq-şeytanpərəstliyin əsasını qoyan erməninin göstərişi ilə Mirzə Fətəli Axundov Hacı Qara komediyasını yazmağa başlayır. Əlbəttə əsərdə ermənilər də qırmanclanır, halbuki Axundovun ağası mirzə Mülküm ermənidir. Cavab aydındır, masonlar üçün milli hisslər əsas deyil, onlar öz məqsədlərinə və hədəflərinə xidmət edirlər. Qeyd edək ki, Mİrzə Fətəli Axundov özünü gah türk kimi, gah da əsli Rəştdən olan fars kimi qələmə vermişdir. Əsərdən əsas məqsəd Venesiyalı tacirdən sonraAvropada başlamış sələmçi yəhudilərə qarşı nifrət hissinin şərq xalqlarına sirayət etməsinin qabağını almaqdır. Hacı Qara azərbaycanlıdır, dini titul daşıyır (hacı), xəsisdir, hiyləgərdir, söyüş söyür, yalandan Qurana and içir. Bununla qara bazar, hiylə, hətta sələmin adi bir məsələ olması oxucuya aşılanır. Maraqlıdır, istər Axundov,isətrsə də sələfləri azərbaycanlı obrazını mənfi qələmə verib eninə –uzununa tənqid etdikləri halda bütün iqtisadiyyatı əlinə alıb sərvətləri sovuran rotşildlər və digər sionist dairələr haqda kəlmə belə kəsmirlər. Yəni doğrudan dünyadan xəbərləri yox idi, yoxsa əmr əsasında işləyirdilər. Cavab aydındır.
***

ABŞ-da son vaxtlar "İlahi məktəblər arasında təfriqə planı" adlı kitab çapdan çıxmışdır. Bu kitabda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müavinlərindən olmuş doktor Maykl Brantla müsahibə də yer almışdır. O, İslam və müsəlmanlar haqqında deyir: 
Uzun müddət axtarışdan sonra belə bir nəticəyə gəldik ki, İranın dini rəhbərinin qüdrəti və şəhadət mədəniyyəti İran İnqilabında mühüm rol oynamışdır. Biz həmçinin belə nəticəyə gəldik ki, şıələr digər məzhəblərdən daha fəaldırlar. Bu yığıncaqlarda qərara alındı ki, şiə məzhəbi üzərində daha artıq təhqiq aparmaq lazımdır və sonra plan tökməyimiz lazımdır. Buna üçün qırx milyon dollar pul ayırdıq və üç mərhələdə işə başladıq.
Bütün dünyada keçirdiymiz sorğular və ələ gətirdiyimiz məlumatların nəticəsində mühüm bir nəticəyə çatdıq. Məlum oldu ki, şiənin qüdrəti təqlid mərcələrinə və ruhanilərinə bağlıdır... Burdan belə nəticə alınır ki, şiə məzhəbi ilə birbaşa mübarizə aparmaq mənasızdır, bu cür onlara qalib gəlmək həddindən artıq çətindir və gərək pərdə dalından fəaliyyət edək. Ingilislərin məşhur misalı olan "parçala, hökmdarlıq et" yerinə "parçala, məhv et" siyasətini yürütməliyik. Bu əsasda uzunmüddətli proqram hazırladıq. Şiə məzhəbi ilə düşmən olanları himayə etmək, şiələrin kafir olması fikrini yaymaq, münasib vaxtda onlara qarşı cihad hökmünü verməyə təşviq etmək bu planın bir hissəsidir. Həmçinin təqlid mərcələri və din rəhbərləri əleyhinə güclü təbliğata başlamalıyıq ki, onlar xalq arasında nüfuzdan düşsünlər. 
Üstündə işləmək lazım olan mühüm məsələlərdən biri də Aşura mədəniyyəti və şəhadət məktəbidir. Hər il şiələr mərasimlər bərpa etməklə bu məktəbi dirçəldirlər. Biz qərara aldıq ki, bu mərasimlərdə pulgir və şöhrəttələb məddahları, söhbət edənləri pulla ələ alıb, şiə əqidəsinin və şəhadət məktəbinin əsaslarını sarsıdaq, düzgün olmayan fikirləri yayaq. Bir cür etməliyik ki, şiələr cahil və xurafatçı nəzərə çarpsınlar. Sonrakı mərhələdə təqlid mərcələri əleyhinə çoxlu məsələlər cəm edib bu cür adamlar vasitəsilə adamlar arasında yayaq. Belə ki, 2010 –cu ilə kimi bizim yolumuzu sədd kimi kəsən təqlid mərcələrinin mövqeyini zəiflədək, onların şiələrin öz əli və digər İslam məzhəbləri vasitəsilə aradan aparaq. Beləliklə, şiə məzhəbindən yaxamızı qurtaraq.


Misir Askerov

Комментариев нет:

Отправить комментарий