
Venesuela prezidenti Ugo Çaves 10 yanvar 2013–cü il tarixində dördüncü prezidentlik müddətinə başlayacaq. Ölkənin seçki şurası bəyan edib ki, U.Çaves səslərin 54%–ni qazanaraq seçkiləri udub. Məlumata görə, seçici fəallığı 81 faiz təşkil edib. Xəbəri “BBC” agentliyi yayıb.
Ugo Çaves qeyd edib ki, Venesuela sosializmə doğru gedişinə davam edəcək. O həmçinin “daha yaxşı prezident” olacağına söz verib.
Seçki şurasının prezidenti Tibisay Lusena bəyan edib ki, səslərin 90%–i hesablanıb və U.Çaves səslərin 54.42%–ni toplayıb. Müxalifətin lideri Enrike Kapriles 44.97% səs toplayıb.
1999–cu ildən hakimiyyətdə olan Uqo Çaves qeyd edib ki, sosializmə doğru olan “Bolivar inqilabı”nı davam etdirmək üçün ona daha 6 il vaxt lazımdır.
TƏBRİK EDİRİK!
Support for Muammar al-Gaddafi from the people of Azerbaijan
Комментариев нет:
Отправить комментарий