Страницы

15.10.2012

Sən Allah, get daha, işin-gücün var

Faiq Balabəyli

Sən Allah, get daha, işin-gücün var
bu mənim işimdi, sənə nə qalıb
yaşadım, ya da yox, heç də darılma
qaraltma qanını mənnən ötəri!
Allahdan oyana kimsəm taplmaz
səndən də bu yana kimim var axı
qalmışam arada, çox uzaqsınız
nə səni atıram, nə də Allahı.
Amma ki sən mənə baş qoşma daha
bir ovuc su verən tapılar mənə
üzümü görməzsən, niqab kimidir-
arxamca bağlanan qapılar mənə.

bir ovuc su dedim, dodaqlarımın
səhra cadarına məlhəmdir deyə
səni axtarmaqdan ayaqlarımın
heyi də yox idi ta yeriməyə
sən allah, öz dərdim başımdan aşır

sənin işlərin də az deyil axı
hələdə ümüdlə sübhü gözləyib
oyaq qarşılayıram gələn sabahı

mən quru yarpaqlar misali kimi
ovuca alınsam ovulmalıyam
elə kövrəlmişəm sarı sim kimi
dillənsən, toxtayıb ovunmalıyam
daş ki daşımıram... olub keçəni
içimdən kənara qoya bilmirəm
yazıq ürəyimə bir ovuc xoş gün,
bir udumda sevgi...doya bilmirəm

elə istəyirəm gəlsin xoş sabah,
elə istəyirəm...
gəlmir nə edim.

Комментариев нет:

Отправить комментарий