Etimad Başkeçidsən ki cahangirsən,
öfkəsiz olma,
arala qapını, arasını gör.
mətləbi dizində qalmış fənanın
libasını düşür, yarasını gör.
hey cəngi-cidala durdun qan üstə,
duvağı telli bir mehriban üstə,
illər xəstəsinin quru can üstə,
əcəllə əlyaxa davasını gör.
Başkeçid, kəndini yorma boşuna,
yetimə şələlən yetir yaşına,
yetir ki, yetimdi, alsın başına
satsın bu dünyanın anasını, gör.
BU HƏR ÜZÜ BƏLLİ DÜNYADA
bu hər üzü bəlli dünyada,
dünyada, dün…
usandım açıq qapılara təpilməkdən.
nə gördün,
hey, qara öfkə mənə ulaşan?
gedib də geriyə dönməyəcəyim günün
sağlığına içmək istəyirəm bu axşam.
gəl, sevdiciyim dost,
bəs hal bu, qəziyyə bu,
qeyb olmuş birdən-birə,
heç olmamış kimi,
ikram qəbilindən endirilmiş o xüsus.
buyur, oysa, bu mən, bu yeyib-içəcəklər,
könül süfrəsi deyil əlbət, deyil əfsus,
…bu qara-qışa qənim tumurcuq alayı,
ağacın dalları səpmiş üzdən dolayı.
tumurcuq kimisən sən də,
hələlik tən içrə tənsən.
don vurmasa,
ya sərçələr dimdikləməsə,
xəyallar necə şəkillənir, görəcəksən…
Комментариев нет:
Отправить комментарий