Страницы

09.10.2012

"Son iki ildə vulqar söz işlətdiyim yadıma gəlmir"

Ramil Əhməd “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Ramil Əhməd.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Səmimi insan, yaxşı dost.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Gənc yazar.

- Dost…
- Dostlarım var, amma azdır.

- İlk sevginiz?
- İlk sevgini bu yaxınlarda duymuşam.İstəyirəm bu ilk və son olsun.

- Əsas ixtisasınız?
- Filoloq.


- İstifadə etdiyiniz nəqliyyat növü?
- Metro və avtobus.

- Sevdiyiniz maşın markası?
- Yoxdur. İstənilən maşında(bu avtobus da ola bilər)pəncərədən ətrafı seyr etməyi sevirəm.

- Sevdiyiniz brend?
- Ədəbiyyat.

- Sevdiyiniz saç düzümü?
- Fərqi yoxdur. Nadir hallarda güzgü qarşısına keçib, saçımı darayıram. Həmişə harasa tələsirəm…

- Sevdiyiniz rəng?
- Göyqurşağının bütün rənglərini.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Türkiyə , İstanbul.

- Sevdiyiniz yemək?
- Yeməklərə qarşı kaprizim yoxdur.

- Ən çox istifadə etdiyiniz söz?
- Yaxşı.

- Leksikologiyanıza yad olan söz?
- Vulqar sözlər. Son iki ildə vulqar söz işlətdiyim yadıma gəlmir.

- Sizi nə həyacanlandıra bilər?
- Mənə aid olan hər şey.

- Ən çox sevdiyiniz kitab?
- Çoxdur.

- Ən çox sevdiyiniz yazar?
- Sevdiyim yazar yoxdu, sevdiyim əsərlər var.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Ahmet Kaya, Teymur Əmrah.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Ovqatımdan asılı olaraq dəyişir. Daha çox sakit mahnıları dinləyirəm. Kamança və piano səsləri mənə çox doğmadı.

- Özünüzdə qeyri- adi istedad hiss edirsizmi?
- Məndə qeyri-adi heç nə yoxdu.

- Mənfi xüsusiyyətiniz?
- Hamıya tez inanıram.

- İdeal insan necə olmalıdır?
- İdeal şeylər yalnız filmlərdə və romanlarda olur. Amma hesab edirəm ki, anam və sevdiyim xanım ideala çox yaxındılar...

- Özünüzü ideal insan hesab edirsizmi?
- Yox.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Ədalətsizlik, qeyri-səmimilik, qadınların kişilərə, kişilərin qadınlara xas hərəkətlər etməsi.

- Həyat fəlsəfənizi ifadə edin?
- İnsanları sevmək lazımdır, qarşılıqsız olsa belə….

- Siz xoşbəxtsinizmi?
- Daimi xoşbəxtlik yoxdur. Xoşbəxt anlar var.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Bəlkə də var, mən bilmirəm.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Mən riskə getməyi bacarıram.

- Ölüm niyə ölmür?
- Bunu ölümün özündən soruşun.

- Dinlərə münasibətiniz?
- Normal.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Qorxaq və yaltaq adamlardan.

- Falçıya inanırsızmı?
- Fırıldaqçı adamlar məndə ikrah hissi doğurur.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Heç biri xarakterimə uyğun deyil.

- Sevinciniz nə qədərdir?
- Xırda şeylərlə başımı qatıram…

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Yaxşı olan bütün xüsusiyyətlərinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Aydınlaşdırma, güzəşt və şərt bağlayıcılarından hə.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Yazı yazarkən çay içməyi xoşlayıram, yayda kəndə gedəndə dostlarımla çayda və ya kanalda üzməkdən yaxşı nə ola bilər?!

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Ətrafımdakı insanların həmişə gülməsini istəyirəm, mən gülməsəm də olar.

- Mənə sualınız.
- Sən heç bilirsən ki, çay necə axır?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий