Страницы

17.10.2012

SSRİ-də mikrodalğalı peçlər niyə qadağan edilmişdi?

Sima Ənnağı

Mikrodalğalı peçlər yeməyi molekulyar sürtünmə hesabına qızdırır, məhz bu sürtünmə qida məhsullarındakı vitamin və fermentləri dağıdır.

Tədqiqatlar nəticəsində insanların səhhətinə ziyanlı təsiri aşkar edilən  mikrodalğalı peçlər 1976-cı ildə SSRİ-də qadağan olunmuşdu. Qadağa Yenidənqurmadan sonra 90-cı illərdə aradan götürüldü.
Tədqiqatlardan bəzi nəticələri sizə təqdim edirik. Mikrodalğalar:
1.Ərzaqların tərkibinin dağılmasını sürətləndirir.
2.Süd və taxıl məhsullarında xərçəng hüceyrələrini yaradır.

3.Qida məhsullarının adi tərkibini dəyişərək, qida həzmini pozur.
4.Qidanın kimyasını dəyişir ki, bu da vəzi sisteminə mənfi təsir göstərir, bədxassəli şişlərə qarşı orqanizmin müqavimətini azaldır.
5.Qanda xərçəng hüceyrələrinin faizini artırır.
6.Mədə-bağırsaqda bədxassəli şişlər əmələ gətirir, toxumalara ziyan vurur, həzmetmə və ifrazat sistemlərini pozur.
7.B-kompleks, C, E vitaminlərinin, mineral və digər maddələrin qəbuluna mane olur.
8.Peçin ətrafındakı mikrodalğalı sahə də səhhətə ziyan vurur.
9.Ətli xörəklərin mikrodalğalı peçdə qızdırılması:
- xərçəngyaradan maddələri əmələ gətirir;
- fəal proteinin biomolekulyar birləşmələrini pozur;
- süd və taxıl məhsullarının hidrolizində xərçəngyaradan maddələri əmələ gətirir.
10.Dondurulmuş meyvələrin mikrodalğalı peçdə donunun açılması onların şüalanmasına gətirib çıxarır.
11.Çiy tərəvəzlərdə də həmin proses müşahidə edilir- xərçəng əmələ gətirən azad radikallar yaranır.
12.Mikrodalğalı şüalanmaya məruz qalan ərzaqlardan istifadə edənlərdə mədə-bağırsaq xərçənginin və digər xəstəliklərin faizi yüksək olur.

Qərb dünyasında qida maddələrinin qıtlığının artması mikrodalğalı peçlərin yaranmasına təkan verdi. Bu təsadüfi olmadı. Mikrodalğalı peçlər yeməyi molekulyar sürtünmə hesabına qızdırır, məhz bu sürtünmə qida məhsullarındakı vitamin və fermentləri dağıdır. Bir tədqiqat göstərir ki, mikrodalğalar ilə qızdırma qidanın 97 faiz faydalı maddələrini məhv edir.
Mikrodalğalı peçlərin və onların göstərdiyi effektlərin tədqiqatları hələ tam açıqlanmayıb. Mikrodalğaların orqanizmə ziyanı tam müəyyən edilməyib. Odur ki, sağlam olmaq və sağlam qidalanmaq istəyirsinizsə, mikrodalğalı peçlərdən uzaq olun.

Комментариев нет:

Отправить комментарий