Страницы

16.11.2012

ABŞ-ı vətəndaş müharibəsi gözləyir

ABŞ-da vətəndaş müharibəsi başlaya bilər. 168.az xəbər verir ki, analitiklər 20 ştatın ölkənin tərkibindən çıxması ilə bağlı imza toplama kampaniyasına başlamasını məhz belə dəyərləndirirlər.
Məlum olduğu kimi, bu kampaniya Texas başda olmaqla bir sıra ştatlar tərəfindən aparılır. Məsələnin təşəbbüskarı kimi çıxış edən məşhur aktyor Çak Norris hələ bir müddət öncə ABŞ prezidenti Barak Obamanın siyasətini tənqid edən video-müraciətində «əgər Obama yenidən seçilərsə, Amerikanı min illik zülmək gözləyir» deyə vurğulamışdı.
Hazırda isə aktyorun Texasın sülh yolu ilə ABŞ-dan ayrılmasını və özünün hökumətini qurmasını nəzərdə tutan petisiyası üçün 60100 imza toplanıb. Artıq təkcə Florida və Luiziana kimi ştatların hər birindən 25 mindən artıq imza var. Məhz 25 mindən artıq imzanın mövcudluğu isə o deməkdir ki, Ağ Ev sənədə rəsmi cavab vermək məcburiyyətindədir.

Qeyd edək ki, ABŞ konstitusiyasına görə hər bir ştat müstəqil dövlət kimi təmsil olunur. Ştatların qanunları ölkənin ümumi qanunundan fərqlənə bilir.
Onu da deyək ki, məsələyə şərh verən siyasi müşahidəçilərin fikrincə, hazırda Çak Norris ölkənin ümumi axarını dəyişmək potensialına malik gücə və repusiyaya malikdir. Buna görə də qarşıdakı müddətdə Birləşmiş Ştatlar daxilində ciddi narazılıqların baş qaldırmaq ehtimalı böyükdür. Narazılıqların hətta vətəndaş müharibəsi səviyyəsinədək yüksəlməsi proqnozlaşdırılır.

Комментариев нет:

Отправить комментарий