Страницы

11.11.2012

Aida Eyvazlı: Bakıda adamın ürəyi sıxılır sıxlıqdan

Aida Eyvazlı "TEZ BAZAR"da

- Özünüzü 2 sözlə təqdim edin.
- Aida Eyvazlı.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Jurnalist  Aida Eyvazlı.

- “Mən kiməm?” sualına necə cavab  verirsiniz?
- Ləmanın anası.

- Dost…
- Allahdan hər zaman diləyirəm ki, məni dost imtahanına çəksin.

- İlk sevginiz?
- Yadigarı qızımdı.

 - Əsas ixtisasınız?
- Jurnalist.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Bakıda maşın sürmək məchul olduğundan  avtomobil idarə etməyə  qorxuram, taksilərə üstünlük verirəm.

- Sevdiyiniz maşın markası?
- “Mersedes”

- Sevdiyiniz brend?
-- “Chivas regal” içkisi, “Coco Shanel”,  “Dior” seriyasından tünd ətirlər, “Monica Ricci”-dən geyimlər …

- Sevdiyiniz saç düzümü?
- Uzansaydı uzadardım şəlalə  kimi… “Ən çox saçlarını xoşlayıram mən, tökülə çiyninə şəlalə kimi … Əliağa Kürçaylıdandır.”

- Sevdiyiniz rəng?
- Bənövşəyi və yasəmən rəngi.

 - Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- İtaliya, Maldiv adaları, şəhər  Daşkənd və Venetsiya, Bakıda adamın ürəyi sıxılır sıxlıqdan.

- Sevdiyiniz yemək?
- Azərbaycan plovu, quzu kababı.

- Ən çox istifadə etdiyiniz söz?
- Allahım mənə kömək ol…

- Leksikologiyanıza yad olan söz?
- Məğlubiyyət  və unudulmaq

 - Sizi nə həyacanlandıra bilər?
- Sevdiyim insanın pis günü.

- Ən çox sevdiyiniz kitab?
- “Mənim adım qırmızı”, “Parfumer”.

- Ən çox sevdiyiniz yazar?
- Paula Koelo, Aqata Krista, Anar.

 - Ən çox bəyəndiyiniz ifaçı?
- Rübabə Muradova, Aşıq Şakir, Sezen Aksu, Uitni Hyuston.

- Ən çox bəyəndiyiniz musiqi  janrı?
- Muğam, Şirvan aşıq  havaları.  Bayağı musiqilər könlümə yaddır.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Varımdır.  Kaş olmayaydı.

- Mənfi xüsusiyyətiniz?
- Sadəlövhlüyüm.

- İdeal insan necə olmalıdır?
- İndi elələri yoxdur.
- Özünüzü ideal insan hesab edirsizmi?
- Qətiyyən.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Gözümə baxa-baxa yalan danışmaq  və xəyanət.

- Həyat fəlsəfənizi  ifadə edin.
- Ənəlhəq!

- Siz xoşbəxtsinizmi?
- Kim xöşbəxtdir ki? Anlarım və saatlarım olub.

- Bədbəxtliyin xüsusi  düsturu  varmı?
- Yarısı tale yazısı, yarıısı da insanın özü özünə elədikləri.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Heyif ki, sonda deyirik, kaş olmayaydı. Əvvəldə  hətta vədlər də şirin olur.
Mən belə bilsəydim, könlümün dəli, sərsəri vaxtında atardım səni. Dəlini aldatmaq çətin ki, deyil, Deyərdim gəl ataq bu divanəni. İndi yaşa dolub ağlı var bir az, Görünür aldatmaq onu çətindir, Hər şeyi başlamaq asan bir işdir, Görünür hər şeyin sonu çətindir. (Əli Kərim)

- Ölüm niyə ölmür?
- Yaxşı ki, ölmür.

- Dinlərə münasibətiniz?
- Dinə hörmətlə yanaşıram. Fanatlardan  qorxuram. Bu cəhalətdir.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Dünənki xatirələrimndən.

- Falçıya inanırsızmı?
- Oyundur. Özünü aldatmaqdır.

- Daş olmaq  yaxşıdır, yoxsa daşlaşmaq?
- Daş olsaydım nə vardı ki... yaşamağa. Daşlaşmaq sondur....

- Sevinciniz nə qədərdir?
- Bəs edəcək qədər deyil.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Ləyaqətinə,  əxlaqına , etibarına.

- Bağlayıcılardan çoxmu  istifadə edirsiniz?
-Sənətimlə əlaqədar Sözlərimi bağlayanlardan hər gün.  Özümüzü bağlayanları  çalışıram itirməyim.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Ən gözəli samovar çayı içməkdir. Pürrəngi.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Gülməyi bacarıram, ancaq istəmirəm güldürəm... özümə güldürməkdən qorxuram.

- Mənə sualınız.
- Niyə insanlarda etibar azalır ?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий