Страницы

20.11.2012

Ən təhlükəli terrorçuların siyahısında Bin Ladenin yerini amerikalı reper tutub

Ən təhlükəli terrorçuların siyahısında Bin Ladenin yerini amerikalı reper tutub (FOTO)Üsamə Bin Ladenin adının məlum səbəblərdən ən təhlükəli terrorçuların siyahısından çıxarılmasından sonra onun yerini gənc amerikalı tutub. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i ABŞ Federal Təhqiqat Bürosunun (FTB) saytına istinadən xəbər verir.
Ömər Şəfik Həmmami Alabamada doğulub və orada boya-başa çatıb. 28 yaşlı Həmmami öz tərcümeyi-halında Alabamada qayğısız uşaqlıq illəri keçirdiyini yazır. Axtarışda olan terrorçunun sözlərinə görə, onun malik olduğu partlayıcı xarakter (anası amerikalı, atası isə suriyalıdır) irsidir və hələ uşaq bağçasında onun sərt xarakteri artıq özünü büruzə verib. Həmmami indiyə qədər ABŞ vətəndaşı olsa da, çoxdan Birləşmiş Ştatlarda yaşamır: o təhsil aldığı universiteti ataraq islamçı sələfilərə qoşulub.
O, cihadçı replər yazaraq ingilisdilli gəncləri terrorçuların sıralarına daxil olmağa təhrik etdiyinə görə təhlükəli hesb edilir. FTB-yə onun 2006-cı ildən terrorçularla əlaqələrə malik olduğu məlumdur.
Hazırda Ömər Həmmami Əl-Qaidə ilə əlaqədə olan Somalidəki "Əş-Şabab" qruplaşmasının rəhbəri hesab edilir. Ana dilinin ingilis dili olmasından istifadə edən amerikalı rep üslubunda cihad və islam haqqında təğlibati mahnılar yazır. Onun artıq bu tip altıya yaxın bəstəsi var. Xüsusi xidmət orqanları ehtiyat edir ki, Həmmaminin hip-hop yaradıcılığı ingilisdilli gəncləri müqəddəs müharibəyə başlamağa məcbur edə bilər. Belə ki, reperin mahnıları internetdə kifayət qədər məşhurdu.

az.trend.az

Комментариев нет:

Отправить комментарий