Страницы

17.11.2012

O və Onlar

CaN

O, yaşadığı şəhərdə,hər kəsdən fərqli olaraq həyatdan bezməmişdi. Hər kəs həyatdan şikayətləndiyi bir vaxtda o,başını aşağı salıb zərif bir təbəssüm ilə insan toplusunun qarşısından keçirdi. Buna səbəb onun hələdə gözləməyi idi. Bəli,onun gözlədiyi vardı. Hekayəni çox uzatmaq istəməzdim. Nə oxuyan yorulsun nədə yazan. Hərdən bəzi anlarda o,da həyatdan bezir amma yenədə özünü toplayır. Axı bu həyatdı,gözləmədiyin anda sənə bütün dünyanı hədiyyə verə bilər. İstədiyi zamanda alar. Onun bu cür çətin zəmanə içində gözlədiyi, xəyallarının gerçəkləşməsi idi. Onun bir xəyalı vardı. O. Bəlkədə o,onun qarşısına çıxsaydı həyatı bütünlüklə dəyişərdi. Amma bir yazı qəhramanım kimi onun xəyalını gözləməsi qəribədi. Axı,bütün dünyadan şikayətlənənlərdə bir zaman xəyal edib. Bəs necə olub ki,indi şikayət eirlər?. Əlbətdə xəyal və arzuların gerçəkləşməməsi.
Amma o,əmin idiki bir gün onu görəcək. İllər keçir. Amma hələdə o,yoxdu. Axtarır hər küçədə,hər pəncərədə,hər şəhərdə amma o,yoxdu. Başqa ölkələri gedir gəzir amma o,yoxdu. Biçarə qalır. Başını aşağı salıb geri qayıtmağa başlayır. Ürəyində ağır bir yorğunluğ var. Fikrində bir fikir dolaşır. Evə çatan kimi ona bu günə kimi yazdığı bütün məktubları gəzdiyi küçələrə atmaq. O,heç bu fikrin sonunda nələr baş verəcəyini ağlına belə gətirmir. Bunu bir mən bilirəm birdə o. Amma qəhramanın heç nədən xəbəri yoxdu. Yox,onu bu oyuna salan mən deyiləm. O,öz-özünü bu oyuna salıb. O,artıq öz evindədi. Bir az oturub xəyala daldı. Cibinə 30-40 kagız parçası (məktub) qoyub küçəyə çıxdı. Hər tində birin atır,hər küçədə birin atır. Cibindəki məktublar bitən kimi evə dönür bir azda götürüb gedir. Məncə buartıq onun sonu demək idi. Bir vaxt insan toplusunun qarşısından gülümsəyərək keçən indi diqqətlə onların həyat barədə nə dediklərini duymaq istəyirdi. Axı onun həyatı o,idi. O,dərk etdiki o,yoxdu. Deməli onun üçün həyatda yoxdu. O,hər gün 3 il ərzində yazdığı məktubları küçələrə atır. Sonda məktublar bitir. Evinə dönür. Carəsiz bir şəkildə çarpayıya uzanır. Yuxuya gedir................................Küçədən gələn dəhşətli səs küyə oyanır. Tez küçəyə çıxır. İnsanlar harasa qaçır. Oda onların arxasıyca gedir. Birdən inanılmaz bir mənzərənin şahidi olur. Bütün valideynlər öz qızlarını evə apara bilmir. Qızlar dəli olub. Onun üçün dəli olublar. Amma onu tanımırlar. Onlar onun atığı məktubları təsadüfən yerdən götürüb oxuyan qızlardı. İndi isə 80-100-ə yaxın qız onu axtarır. Onun mələk olduğunu düşünürlər. Onu Allahdan arzulayırlar. Onunla hər cür ehtiras anını yaşamağ arzusundadırlar. Məktubları bağırlarına basıb qəribə bir ah nalə ilə onu necədə arzulayırlar. O,bu mənzərini görüb sadəcə susurdu. Qızlar hələdə çoxalmaqda idi. Axı bu məktublar ona yazılıb. Axı bu məktublar mənim xəyalıma ünvanlı idi. Bu necə olur?. O,geriyə addımlayır. Amma getmək istəmir. Bilmirki,nə etsin. Qızların valideynəri qızlarnı qucaqlayıb ağlayır onları evlərnə aparmağ üçün hər cür yola el atırdılar. Axı onların qızları bir səhifəlik məktuba görə dəli divanə olmuşdular. Bunu heç bir valideyn istəməzki,qızı hansısa bir oğlanın məktubu ucbatından dəli olsun.. Ən pisidə o,idiki bir müddət keçəndən sonra şəhərin bütün qızları dəli olmuşdu. Onlar onu arzulayırdı. O,onların xəyalına çevrilmişdi. O,artıq bir xəyal idi. Oysa bu vəziyyətə baxıb şəhəri tərk edir. Çox keçmirki tərk etdiyi şəhərin səs sorağı hər tərəfə yayılır. Həmin qızların çoxu intihar edib çoxunu isə dəlixanada yerləşdirmişdilər. Çoxu isə bu məktubuları göndərənlərin Allah olduğunu deyirdi. Onun məktublarındakı sözləri təzə sevgililər biri-birilərinə deyirlər. Hər kəsin sevdiyi bir söz vardı. Səni sevirəm. Bu sözü ilk dəfə onun məktublarından götürmüşdülər. Bəzi yazıçılar onun yazdığı məktubun nümunələrindən ilhama gəlib kitab yazır. Bəzi qızlar isə hələdə onun barədə eşidəndə dərindən bir ah çəkirdilər. Oysa. Oysa həyatdan bezmişdi. Daha əvvəlki kimi nə xaylı vardı nədə arzuları. Köçdüyü şəhərdə hər gün həyatdan şikayətlənən insanlar onun ən sevimli dostları idi. O,daha nə onu sevirdi nədə həyatı. Amma onu hələ sevirlər.

Комментариев нет:

Отправить комментарий