Страницы

24.12.2012

Beşbarmaq dağı


Beşbarmaq dağı və ya Baş Bərmək dağı — karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də əzəmətlə ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. 
Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir.

Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib
Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. 
Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var. Pir ətrafında tək-tək ağaclara rast gəlinir. Lakin təəssüflər olsun ki, ziyarətçilər tərəfindən bu ağacların kölgəsində ocaq yandırıldığından onlar qurumaq təhlükəsi altındadır. ziyarətgaha, ekoturzim və dini turizm məkanına çevirmək olar.

Vusal Heybetov

Комментариев нет:

Отправить комментарий