Страницы

17.12.2012

BÖYÜKAĞANI BÖYÜRDƏN ADAM DANIŞDI


"Mən sadəcə Böyükağa Hacıyevə yerini göstərmək istədim"

Müsahibimiz "Xan Lənkəran" Futbol Azarkşləri klubunun üzvü, filalogiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dossenti Elşad Səfərlidir. Xatırladaq ki, Elşad müəllim 10-da artıq kitabın, 2 monoqrafiyanın, yüzlərlə məqalənin sahibidir. 

- Elşad müəllim mətbuat konfrasında nə baş vermişdi?
Əslində orada elə də şişirdiləsi bir hadisə baş verməmişdi. Mən hər bir lənkəranlının davrranası olduğu kimi davrandım. Burada təkcə lənkərançılıqdan yox həm də insanlıqdan söhbət gedir. Sədəcə olaraq Böyükağa Hacıyevin özünü uşaq kimi aparması məni özümdən çıxardı.
Balaca uşaqın atası ona velosiped sürməyi oyrədir, sonra uşaq qacaraq evə gəlib anasına lovğalanıb necə gözəl velosiped sürməyindən danışır. Sən demə sürən zaman atası arxadan velosipedu tutubmuş. Böyükağa müəllim də özünü yaşına yaraşmayan tərzdə apardı. Onun lovğa sözləri başqa məşqçiləri aşağılamaq kimi görünürdü. Məhz bu səbəbdən ona bildirmək istədim ki, bütün Azərbaycanın əli üzərinizdədir. Hamı sizə köməklik edir. Heç olmasa lovğalanmayın. Düz söz adamı yandırır axı.

- Düz söz deyəndə?
Düz söz deyəndə o ki, hansı televiziya kanalını açırsan "Neftçi", "Flaqman", hansı qəzeti açırsan "Flaqman", hansı sayta baxırsan "Flaqman". Bu nə bəla "Flaqman" oldu axı? Az qalıb ki, soyuducudan da "flaqman" çıxsın. Adi İdman kanalının "Nostalji" rubrikasında ancaq "Neftçi"nin oyunlarını göstərirlər. Bu doğru deyil. Məgər azərbaycanda təkan veriləsi başqa kmandalar yoxdur. Hamı bilir ki, AFFA və PFL "Neftçi"yə köməklik edir. bunu danmaq olmaz. Heç olmasa lovğalanmasınlar.

- Bəs niyə mətbuat və "Xəzər Lənkəran" fanklubları sizin kimliyinizi açıqlamır?
Bu gün mətbuat orqanlarında çalışanların çoxu "aptekdə badımcan satanlar"dır. Əsasən də Lənkəranda fəaliyyət göstərən bəzi "mətbuat işçiləri"nin əsil jurnalistikadan xəbəri yoxdur. Əlbətdə onlar bunu gizlədəcəklər. Dərmansatan nə bilir jurnalistika nədir? O hadisə baş verən an zalda bir çox "lənkəranlı" jurnalistlər vardı. Görünür qısqanclıqdan mənim kim olduğumu gizlədiblər. Mənim reklama ehtiyyacım yoxdur. Heç etdiyim işi də qəhrəmanlıq hesab etmirəm. Mən sadəcə borcumu yerinə yetirdim. Bu bütün lənkəranlıların borcudur. Heç kimin ixtiyarı yoxdur ki, gəlib Lənkəranda yuxarı başda oturub lənkəranlılara yuxarıdan aşağı baxsın. Mən bir "Xan Lənkəran"lı olaraq buna yol verə bilməzdim.

Elşən İmaməliyev                     "XAN LƏNKƏRAN" FUTBOL AZƏRKEŞLƏRİ KLUBU

Комментариев нет:

Отправить комментарий