Страницы

16.12.2012

Furuğ Fərruxzad - Öpücük

Cümə

sakıt cümə
tərk edilmiş cümə
köhnə və qəmli küçələrə bənzəyən cümə
xəstə təmbəl düşüncələr cüməsi
uzun sürən əsnəmələr cüməsi
intizarsız cümə
təslim cüməsi
boş ev
qəmli ev
gənclik basqınına qapalı ev
qaranlıq evi və günəşin təsəvvürü
şüphə,fal və yalqizliq evi
şəkillər,dolab,kitab və pərdə evi
həyatımın ,qərib bir arx kimi
nə yavaş və qururlu bir kecişi varıdı

bu tərk edilmiş  sakıt cümələrdə,
bu sıxıntılı boş evlərin içində
ah nə yavaş və qururlu kecişi varıdı.

Öpücük

Iki gözündə günah gülürdü
Simasında ay ışığı gülürdü
Susqun dodaqlarının keçidində
Pənahsız bir alov gülürdü
Utanc hissiylə dolu mübhəm ihtiyacla
Sərxoşluq yansıdan baxışla
Iki gözünə baxdım və dedi
Eşqin bir yararı olmalı
Bir kölgə başqa kölgənin üzərinə əyildi
Gecənin əsraramiz xəlvətgahında
Sürüşdü bir nəfəs yanaq üzərində
Alovlandı bir öpücük iki dodaq arasında.

***
Quş ölməlidir
Ürəyim sıxılır
Ürəyim sıxılır
Eyvana gedirəm və barmaqlarımı
Gecənin gərilmiş qabığına çəkirəm
Ilişki çıraqları qaranlıqdır
Kimsə məni günəşə təqdim etməyəcək
Kimsə məni serçələrin qonaqlığına aparmayacaq
Uçuşu xatırla
Quş ölməlidir

Çevirən : Şəlalə CAVANŞİR

Комментариев нет:

Отправить комментарий