Страницы

09.12.2012

Hacı İlqar: "Ölərəm sizin bu şəri qəbul etmərəm"

Hacı İlqar:Ölərəm sizin bu şəri qəbul etmərəmMəhkəmənin qarşısına dindarların yığışmasını görəndə isə, prosesin vaxtını dəyişirlər

Bu barədə İslamazeri.az-a Cəlilabad ruhaniləri məlumat verib.
Qeyd edək ki, son məhkəmələrdə Bakı və başqa rayonlardan dindarlar gəlməkdədirlər.
Məhkəmənin qarşısına çox sayda dindar və ruhanilərin gəlməsinə görə, dəfələrlə məhkəmənin saatı dəyişdirilir.
10 dekabrda keçiriləcək məhkəmədə ölkənin bəzi nüfuzlu ruhanilərinin də gedəcəyi gözlənilir.
Məlumata görə, məhkəmə saat 10:00-da keçiriləcək.
İslamazeri.az həmçinin Hacı İlqar Əliyevin qardaşı Hacı Eldar Əliyevlə də əlaqə saxlayıb.
O məhkəmənin yubadılmasını belə şərh edib: "Qardaşımın məhkəməsini yubadmaqla onlara tabe olmasını istəyirlər. Məhkəmənin qarşısına dindarların yığışmasını görəndə isə, prosesin vaxtını dəyişirlər. Hər dəfə deyirlər "yaxşı olacaq". Qardaşımı da, bizi də bezdirirlər, bizə zülm edirlər. Belə etməklə elə bilirlər qardaşım onların şəri ilə razılaşacaq. Ancaq qardaşım - Hacı İlqar deyir ki, ölərəm sizin bu şəri qəbul etmərəm və sona qədər mübarizə aparacağam".

Комментариев нет:

Отправить комментарий