Страницы

20.12.2012

Həmən gəlib ölüm mən qabağında

Lachin MemishovLaçın Məmişov

Arifi-Şirvanıq işarən yetər
Həmən gəlib ölüm mən qabağında
Danışmaq istədin, dinmək istədin
Nədən gəlib durdu çən qabağında

Zülmətə qərq etdin, nur tək aradım
Vüsalına yetməkdir tək muradım
Günahından günahımı aradım
Olmuşam Yusifə tən qabağında

Andıqca səninlə ilk görüşümü
Yandıqca anıram o gülüşünü
Unuda bilmirəm heç öpüşünü
Necə durmuş idim şən qabağında


Həsrət yükünə bir ağır daş oldum
Kim aldı, götürdü hara çaş olsum
Qürbətdə atılan vətəndaş oldum
Getdi karvan, getdin sən qabağında

Ömrün baharında görəndə səni
Muradım zənn edib sevəndə səni
Bağın bağbanıydım, dərəndə səni
Saçlarıma düşüb dən qabağında

Şahların lütfünə olmadı meylim
Qeysə misal etdin, sən oldun Leylim
Haray edir Laçın ya Rəbbim neynim?
Sitayiş edirəm zən qabağında

Şamaxı şəhərinin Bakı əyaləti  20 dekabr 2012-ci il

Комментариев нет:

Отправить комментарий