Страницы

03.12.2012

İkimizin yerinə

Dalğa Xatınoğlu

Bir gün bu sevdaya ölməli olsaq,
Mən ölərəm ikimizin yerinə
Ağlasaq gözümüz yaşarsa bir vaxt
Mən silərəm ikimizin yerinə

Səni aldı məndən apardı biri
Yoxdu sevgimizə heç ümid yeri
Day, görüş yerinə bu gündən bəri
Mən gələrəm ikimizin yerinə

Dünyanın qəmini bölüşsək Çiçək
Hamısın alaram qəlbimə tək-tək
Dünyanın ləzzətin bölmək istəsək,
Mən bölərəm ikimizin yerinə


Ölürəm bu gecə, məni yoxlama
Cır şəkillərimi heç nə saxlama
Mənimçün darıxıb gizli ağlama
Mən mələrəm ikimizin yerinə

Bilirəm yad evin gəlinisən sən
Yol üstündə çıxsaq üz-üzə birdən
Utanıb, üzümə gülə bilməsən,
Mən gülərəm ikimizin yerinə....

Комментариев нет:

Отправить комментарий