Страницы

08.12.2012

Lam işıq kimi yayılıram göbəyinin yaylağına


Elşən Böyükvənd

Şeirin Gövdəsi

Sonsuz bir qıyıdır qıçların
Dilim dalğasında
Alıram qumral fincanlarını ovcuma
Bitişirkən islaq saçımız
Düşünə ilmələnmiş Qışı açıb
Lam işıq kimi yayılıram
Göbəyinin yaylağına
Çöl
Pəncərədən yoxlayır otağı
Və naxışlı qoxumuz süzülərkən

Sığışmayacağıq kimlik vəsiqəsinə
Düzənin də

Dodağını açmış pambıq çiçəyinin buludluğuna enir
Arılara çevrilirəm
Fəsillər sıxaclanıb gövdənə
Pətəyində Qışlanıram.

Göz çiçəyi

Naxışların cücərdiyi mövsümdə
Qaval səsində
Günəş döyünür
Qıyır gözünü Muğan ovalığı
Tər, Torpaq və Günəş qoxuyur Atam
Yaşıllıq əriyirkən Torpağa
Yaylaşır sünbüllər
Və Tarlanı talamaq tamahını
Pıçıldayır Quşlara
Müqəvva Tanrılar.
Yuxu  gözətçiləri
Buludlara calanan Uçurtmamızı
Oğurlayırlar
Və Siçanların dişləri arasında simfoniləşir
Şeirlərimizin sözcükləri
Kiçicik bağça çiçəyinin tikanı batmış gözümə
Qızıl gölləri qoparırlar dibindən
Baxışım talanır
Naxışların pozulduğu mövsümdə
Qaval səsində
Qırlar böyüyür.

Nəsnələrin çağırışı

Havalanmış Günəş
Adam ağacları arasından
Torpaq köksünə mizraqlanmış
Və kürək kürəyə verib
Uyuyan çəmənlik
Oyanır
Başına buludları sarıyan dağ
Çay onurğalı çapar arxasınca
Qalxarkən
Qasnaq bağlamış gözüm güzgüsündə
Yolunu azır külək
Və sümük çərçivəli tablo içindən
Gülümsəyir uşaqlara
Zəhərli bir göbələk
Sünbüllər
Qızmış nalların damğası altında
Başlarını
Anlamını axtaran torpaq üstə qoyur
Və yaşıl röyası qaçır yarpaqların
Oyanıram
Göyqurşaqlı mavi ekranda gözlərimi yumadan
Gövdəmə ağırlıq edən nəsnələrin çağırışı
Sırğalanır qulaqlarıma

Комментариев нет:

Отправить комментарий