Страницы

07.12.2012

Əli Kərimliyə sui-qəsdlə bağlı məlumat yayanı “karsa” saldılar

Eyni məsələyə görə “Millətim”in baş məsləhətçisini də cəzalandırıblar

MTN-in AXCP sədri Əli Kərimliyə sui-qəsd hazırladığı haqda məlumatla çıxış edən keçmiş döyüşçü və üçqat dünya çempionu, haızrda 7 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Bəhlul Muradov “karsa” salınıb. Bu barədə B.Muradovun məktunubu dərc edən “Millətim” qəzetinin baş redaktoru Lalə Ramizqızı məlumat yayıb. Baş redaktor eyni müəssisədə həbsdə olan atası Ramiz Tağıyevin (o, həm də qəzetin baş məsləhətçisidir) isə oradan 12 sayli cəzaçəkmə müəssisəsinə köçürüldüyünü də xəbər verib. L.Rzamizqızı qeyd edib ki, hər iki şəxsin cəzalandırılması AXCP sədrinə qarşı vaxtilə sui-qəsdin hazırlandığı haqda məlumatın yayılmasına görədir.

azadliq.info

Комментариев нет:

Отправить комментарий