Страницы

17.12.2012

Liberman üç İsrailli qadın siyasətçini fahişə adlandırdı

Avigdor Lieberman the head of ultra-natiVəzifəsindən sui-istifadə ittihamları səbəbi ilə istefa etmək məcburiyyətində qalan İsrailin xarici işlər naziri Aviqdor Liberman, başda eks Xarici işlər naziri Livni olmaqla üç İsrailli qadın siyasətçini “fahişə” adlandırıb

QafqAzNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, ”Haaretz” qəzetinin xəbərinə görə, Lieberman, “Kadima” Partiyasından ayrılaraq “Hərəkat partiyası”nı quran Tzipi Livnini, millət vəkili Şelly Yacimoviçi və  Zehava Qalonu onu günahlandırmaları ilə bağlı belə deyib: “Görürəm ki üç dişi (weiber) məni günahlandırır. Onlar Polşa klanındandır. Mənə mərhəmətsizcə hücum edirlər “.
Liebermanın “dişi” termini üçün istifadə etdiyi “weiber” sözü Polşa dilində “Fahişə ‘mənasını verir. Libermanın fahişəlikdə günahlandırdığı qadın siyasətçilərin üçü də Polşa əsillidir.

Təpkilərin ardınca Liberman üzr istəmək məcburiyyətində qalıb. “Facebook”da açılamasını şərh edən eks nazir, “Zarafat etmək istəmişdim. Ciddi deyildi. Bir zarafatın bu qədər diqqət çəkəcəyini bilmirdim, həm onlardan, həm də Polşa mənşəli vatandaşlarımızdan üzr istəyərəm” deyib.

Комментариев нет:

Отправить комментарий