Страницы

16.12.2012

O BİR QƏHRƏMANDIR

O BİR QƏHRƏMANDIR
Azər Qaramanlı

Bu gün Əvəz Zeynallının doğum günüdür. Baş redaktor artıq ikinci ad gününü  ailəsindən və uşaqlarndan kənarda, həbsxana divarları arasında keçirir. Bilmirəm Əvəz bu gün nəyi düşünür, ya da nəyi xəyal edir. Hər halda məncə ən böyük xəyalı bu gün uşaqlarını bağrına basmaq və onlarla birlikdə gəzintiyə çıxmaqdır…
***
Əvəz Zeynallının bu gün ikinci dəfə öz doğum gününü həbsxana divarları arasında keçirməsiinin səbəbini yəqin ki, hamı bilir. Yəni Əvəz ona irəli sürülən qondarma və düzmə ittihamla həbs olunduğunu bu ölkədə çox az adam inanar. Bəlkə də heç kim inanmır. Hamımız bilirik ki, Əvəz Zeynallının həbsinin əsil səbəbi son zamanla idarə olunmaz hala gəlməsiydi. Yəni Əvəz Zeynallı özünü sadəcə canlı bombaya çevirmişdi.
Rejimin mahiyyətinə qarşı çılpaq üsyan bayrağı qaldıran baş redaktorun bu gün azadlıqda olması imkansız bir şeydi. Əgər bu gün Əvəz 43 yaşını ailəsi və dostları ilə qeyd etsəydi, o zaman Azərbaycan hakimiyyəti öz mahiyyətindən imtina etmiş olardı və təbii ki, bu mümkün deyil. Ona görə də Əvəzin bu gün məhkəmə zalında barmaqlıqlar arasında mübarizə aparması Azərbaycan reallığının ən təbii halıdır. Bunun əksi olsaydı, o zaman demək olardı ki, ölkədə nə isə sıradışı bir şey baş verir…
***
Amma bu gün ölkədə doğurdan sıradışı bir sıra proseslər baş verir. Rejimin bir tərəfləri çökür. Və rejim artıq özünün korrupsioner mahiyyətini ört-basdır belə edə bilmir. YAP-ın bir nömrəli sözçüsü Səyavuş Novruzov demişkən, «bir dələduzla bir əxlaqsız qadın» bu ölkənin altını üstünə çevirir. Prosesdə baş rolu isə Əvəzi həbsə atdıran Gülər Əhmədova ifa edir. Əvəz bu gün həbsdə ad gününü Gülər xanımın şikayətinə əsasən qeyd edir. Amma Gülər Əhmədova bu gün onun qarşısına çıxıb iddiasını ortaya qoya bilmir. İddası belə havada qalıb keçmiş millət vəkilinin…
***
Aradan keçən bir il müddətində Gülər Əhmədova bu gün hər şeyini itirib. Artıq millət vəkili belə deyil. İki gün əvvəl isə hakim partiya onu öz sıralarından çıxardı. Səbəbini isə ölkədə və ölkə xaricində hər kəs bilir. «Xural» qəzəetinin baş redaktorunu «şantajda» intihham edən millət vəkilinin artıq mandatı belə yoxdur. Onun videoçarxları isə ölkədə mövcud olan rejimin təməllərini sarsıdır. Öz köməksinin kitabının təqdimatına qatılıb boy göstərmək istəyən keçmiş millət vəkili isə sağlımlıq durumunu əsas gətirib Əvəz Zeynallının məhkəməsinə qatılmır. Amma nə olursa olsun, hər kəs bir Tanrı ədaləti görür. Yəni Tanrı Gülər xanımın misalında «Qeysərə Qeysər payını verir»…
***
Mən işimin çoxluğu ilə bağlı Əvəz Zeynallının bütün məhkəmə iclaslarında iştirak edə bilmirəm. Amma iştirak etdiyim məhkəmə iclaslarında müşahidə etdiyim bir şey var. Bir il iki aylıq məhbusluq həyatı Əvəz Zeynallını qətiyyən sındırmayıb. Əvəzin içindəki böyük mübarizlik daha da böyüb. O, məhkəmə zalında qəfəsdəki aslanı xatırladır. O təslim olmağı belə düşünmür. Onun dəmir məntiqi qarşısında ittihamçı tərəf və məhkəmə heyəti çarəsiz qalıb. Əvəz qalib gələcəyindən o qədər əmindir ki, onun enerjisinə, qüruruna və dəyanətinə heyran olmamaq mümükün deyil…
***
Əvəz Zeynallını məhkəmələri yola verdiyimiz ilin ən böyük hadisələrindən biridir. Çünki Əvəz məhkəmə zalında etdiyi çıxışlarla hakimiyyətin mahiyyətini sarsıdır. O doğurdan bir qəhrəmandır. Ona görə də hesab edirəm ki, yola verdiymiz ilin adamı məhz Əvəz Zeynallıdır. Çünki o, iradəsini ortaya qoyan çox az vətəndaşlarımızdan biridir. O, kimlərlə və nəyin mübarizəsini apardığını bilir və bir çoxlarından fərqli olaraq qoxmur. Öz içində qorxunu yenən hər kə isə bütün hallarda qəhrəmandır…

Комментариев нет:

Отправить комментарий