Страницы

26.12.2012

Saakaşvilidən şok bəyanat

Gürcüstan prezidenti Mixail Saakaşvilidən sensasiyalı bəyanat səsləndirib. Dövlət başçısı bəyan edib ki, gürcü siyasətçilərinin bir qismi «timsah» (dezomorfinin jarqon ifadəsi) adlanan narkotikadan istifadə edirlər.
«İndi mənə deyirlər ki, Rusiyadan böyük həcmdə narkotika gətiriblər və onun adı «timsahdır». Bəlli olur ki, onu atan zaman fikirləşirsən ki, qabağa gedirsən, lakin əslində geriyə addımlayırsan» - deyə dövlət başçısı vurğulayıb.
«Böyük ehtimala gürcü siyasi sinfinin bir hissəsi Rusiyadan gətirilən bu dəhşətli vasitənin təsiri altındadır və bu, artıq onların üzlərində hiss olunur» - deyə dövlət başçısı əlavə edib. Dövlət başçısının bu təəccüb doğuran bəyanatına reaksiyalar hələ ki, daxil olmayıb.
Görünür, onun rəqibləri bunu ciddi saymayıblar. Lakin çox güman ki, yaxınlarda buna adekvat reaksiya veriləcək. Bəziləri prezidentin konkret kimləri nəzərdə tutduğunu deməli olduğunu bildiriblər. Gürcü ekspertləri hesab edir ki, şübhəsiz ki, prezident bununla «Gürcü koalisiyası»na daxil olan partiya funksionerlərini nəzərdə tutub.
Dövlət başçısı həmçinin qarşıdakı planları barədə də danışıb. Bəlli olduğu kimi, gələn il keçiriləcək prezident seçkilərində o, namizədliyini irəli sürməyəcək. Hətta onun birdəfəlik siyasətdən gedəcəyini deyənlər də var. Lakin Gürcüstan prezidenti əlavə edib ki, 2013-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən getməyəcək. «Biz nokdaun vəziyyətindəyik, nokauatda yox və mütləq ayaq üstdə duracağıq. Nokduaun qəbuledliməzdir, lakin bu sonuncu raund deyil. Döyüş hələ başa çatmayıb. Biz mütləq qələbə qazanacağıq» - deyə prezident vurğulayıb.

xezerxeber

Комментариев нет:

Отправить комментарий