Страницы

24.12.2012

Sarəngi indi dünya tanıyır

Türkiyənin İstanbul şəhərində çox nəfis tərtibatla nəşr olunan və 30-dan çox ölkədə yayılan “World of Azerbaıjan” jurnalı dekabr sayında həmyerlimiz, yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Sarəng - ruhun gözəlliyi” adlı məqaləsini 3 dildə dünya oxucularına təqdim edib. “Yubiley” rubrikası altında dərc olunan məqaləni adı çəkilən dillərə Pənah Rüstəmzadə tərcümə edib. Mir Kazım bəyin ömür yoluna işıq tutan maraqlı faktlarla yanaşı dərginin 80-85-ci səhifələrində Sarəngin müxtəlif illərdə çəkilmiş 5 ağ-qara şəkli və məzarüstü abidəsinin rəngli təsviri də verilib.
Xatırladaq ki, M. K. Aslanlı –Sarəngin (1912-1975) anadan olmasının bu il 100 illiyidir. Yubiley münasibətilə “Kəlam” jurnalında, “Cənub xəbərləri”, “Ədəbiyyat naminə” və “Yeni həyat”. “Mədəniyyət” qəzetlərində Sarəngin həyat və yaradıcılığı haqqında esse və məqalələr dərc olunub.
Respublikanın tanınmış rejissoru Aydın Dadaşovun Sarəng haqqında çəkdiyi “Tərk etmə məni” filminin Masllıda və Lənkəranda təqdimat mərasimi keçirilib. Film “Cənub-TV”-də nümayiş etdirilib. “Palmali” Şirkətlər Qrupunun sponsurluğu ilə bu ilin sonunda nəşr olunan “Sarəng zirvəsi” adlı kitab da ölməz sənətkarın RUHUNA ən gözəl töhvələrdən biri olacaq... Kitabın müəllifi, tədqiqatçı –jurnalist N. Ədiloğlunun mətbuata açıqlamasında bildirdiyinə görə, yaxın vaxtlarda Sarəngin Azərbaycan Dövlət Flarmoniyasında ədəbi-musiqili gecəsinin keçirilməsi nəzərdə tutulub: “Bu çox böyük zəhmət tələb edən, həm də məsuliyyətli layihədir. Onun bütün detalları incəliklərinəcən hazır olandan sonra reallaşaması mümkün olacaqdır. Əgər layihə uğurlu alınsa, Sarəngin xatirəsinə həsr olunan belə ədəbi –musiqili gecələr Masallıda və Lənkəranda da keçiriləcək…”

cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий