Страницы

07.12.2012

SƏBRİMİ YOLLARDA YEYİB QURTARDIM

Qalib Şəfahət

Səni  axtarıram, hər  zaman səni
Bəxtimin qaranlıq döngələrində.
Bəlkə də qəlbimdən uzaq düşmüsən
Ümidin  ümidsiz  kölgələrində.

Qəlbimə  sığmayan  arzularımda,
Uşaq  tək iməklər sənin yolunda,
Kədərin xəlvəti bir diyarında,
İtirdim sayını bəlkələrin də.

Arzuma  şirinlik  qata  bilmədim,
Yüyürdüm arxanca çata bilmədim,
Axtardım-axtardım , tapa bilmədim
Xəyalın  ən uzun cərgələrində.


Ümüdüm böyükdü; bəlkə  tapardım....
Qəlbimin simini çəkib qopardın!
Səbrimi  yollarda yeyib qurtardım,
Ömrümün  bu səfil  küçələrində.

Комментариев нет:

Отправить комментарий