Страницы

22.12.2012

Stalinə «vorzakon» da dedilər

Rusiyada SSRİ diktatoru İosif Stalini indi də «vorzakon» kimi göstərəcək film çəkiləcək. Bunu «Moskovskiy komsomoleç» qəzetinə ölkənin tanınmış rejissorlarından olan Aleksey Balabanov deyib. Rejissor müsahibəsində Stalinin «vorzakon» olub-olmamasına, talanlarda, qətllərdə şəxsən iştirak edib-etməməsinə də aydınlıq gətirib: «O, həqiqətən də «vorzakon» olub. Özünün şəxsən qarətlərdə iştirak etdiyi sübuta yetirilməyib. Amma iştirak etmədiyi də sübut olunmayıb. Buna görə də hesab edirəm ki, düşündüyüm kimi olub. Zənnimcə, o, kimisə öldürsəydi (yəni filmdə-red), bu, düzgün olardı».
Qeyd edək ki, Balabanov filmində geniş ictimaiyyətin bilmədiyi real hadisələri təsvir etmək niyyətində olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, ekran əsərinin çəkilişi üçün ötən əsrin əvvəllərindəki qəzetlərin nüsxələri əldə edilib. Həmin nüsxələrdə Stalinin iştirak etdiyi qarətlərdən söhbət açılıb. Rejissoru aşkara çıxarılmış yeni materiallarda daha çox cəlb edən məqam banklardan birinin 250 milyon rublluq növbəti dəhşətli qarətindən sonra yerli qubernatorun atasının və anasının qəbrinin üstünə getməsi və özünü orada güllələməsi olub.
Balabanov onu da deyib ki, faktların tam şəkildə toplanmasından sonra filmin ssenarisinin yazılmasına başlanılacaq və daha sonra çəkilişlər başlanacaq.

Комментариев нет:

Отправить комментарий