Страницы

18.12.2012

Tarantinonun yeni filminin təqdimatı ləğv olunub

Tarantinonun yeni filminin təqdimatı ləğv olunubQafqAzNews ”Reuters”-ə istinadən xəbər verir ki, məşhur amerikalı kinorejissor Kventin Tarantinonun yeni filmi olan “Azad edilmiş Cango”nun təqdimat mərasimi təxirə salınıb. Buna səbəb Konnektikut şəhərində baş vermiş qanlı atışmadır.
Filmi çəkmiş “The Weinstein Company” studiyasının nümayəndəsinin sözlərinə görə, təntənəli təqdimat mərasiminin yerinə yalnız çəkiliş heyətinin üzvləri iştirak edəcəyi bağlı nümayişi keçiriləcək. O həmçinin hadisədə öldürülmüş insanların qohumlarına başsağlığı verib.
Tarantinonun filminin təqdimatı Konnektikut faciəsinə görə təxirə salınan yeganə film olmayıb. Belə ki, Tom Kruzun baş rolda çıxış etdiyi “Cek Riçer”in təqdimatı da başqa vaxta köçürülüb.
Xatırladaq ki, dekabrın 14-də Konnektikut ştatında yerləşən “Sendi Xuk” məktəbində 27 nəfər, o cümlədən 20 uşaq güllələnib. Buna görə prezident Barak Obamanın göstərişi ilə Amerikada 4 günlük matəm elan olunub.

Комментариев нет:

Отправить комментарий