Страницы

16.12.2012

UNIBANK-IN YALANI IFŞA OLUNDU

Saytımızın ötən saylarında Unibankın müəllimlər üçün nəzərdə tutulan krediti ilə bağlı olaraq məlumat vermişdik. Bu kredit kampaniyasının başdan-başa yalan olması barədə məlumat vermişdik. Nəhayət bu gün bir daha praktiki olaraq bu bankın müəllimlər üçün nəzərdə tutulan kredit kampaniyasını ifşa olundu.
GUNDEMİNFO.AZ-a məlumat verən şəxs (adını ehtiyac olduğu təqdirdə açıqlayacağıq) Mingəçevir şəhərindəki filalına müraciət edib. Yaxın Mərkəzi Aran rayonlarından birində orta məktəb müəllimi işləyən şəxs kredit almaq istəyib. Lakin müraciət edən zaman məlum olub ki, nə vaxta onun digər bir banka kredit üzrə 293 manat faiz ödənişi üzrə gecikməsi olub. Lakin faktiki olaraq hazırkı şəraitdə bu müəllimin heç bir banka borcu yoxdur.

Unibankın Mingəçevir şəhərindəki filalında işləyən komissiya üzvü deyib ki, bu borc olduğundan ona kredit verilməyəcək. Lakin bir daha xatırladırıq ki, bu bank reklamlarında bağırır ki, başqa banklara borcunuz olsa belə sizlərə kredit verə bilərik. Amma fakt-faktlığında qalır ki, Unibank nə zamansa başqa banka cüzi borcu olan müəllimə belə kredit verməkdən boyun qaçırır. Hər halda bunun adı bəllidir.
Onu da əlavə edək ki, baş verənlərlə bağlı Unibankın ödənişli olan 117 xidmətinə edilən müraciətə də maraqlı cavab verilib. Operator deyir ki, filaldakı kredit mütəxəssisi nə qərar verirsə, doğrudur. O zaman sual olunur – bu bank niyə reklamlarını hazırlayanda kredit mütəxəssislərinin rəyini öyrənmir?

gundeminfo.az

Комментариев нет:

Отправить комментарий