Страницы

29.01.2013

KOMBAYN

Vüsal Hicranoğlu

Kənd  camaatı taxıl zəmilərini biçməyə başlamışdı .
Arpa buğdaya nisbətən tez yetişdiyindən,  ilk növbədə  arpa əkənlər  öz sahələrini biçdi. Lakin sonuncu  arpa zəmisi  biçilərkən kombayn  xarab olub, sıradan çıxdı. Ona  ciddi təmir lazım idi. Bunun üçün isə bir
neçə  gün lazım gəldiyindən camaatın gözləməyə vaxtı yox idi. Əkin sahiblərini  narahat edən məsələ yetişən məhsulun  sünbüldən  töküləcəyi olduğundan əlacsız  qalan Səlim kişi rayon mərkəzinə zəng edə- rək , şəxsən icra başçısının özüylə danışdı:
-Ay başına dönüm,  belə də iş olar, zəhmətimiz  heç  olub gedir. Xahiş edirəm ki, bir əncam çəkəsiniz.

İcra başçısı öz növbəsində:
-Səlim kişi heç narahat olma, bu saat Kombaynı göndərərəm problemlərinizi aradan qaldırar, - dedi.
Səlim kişi sevincək halda:
-Başına dönüm, çox sağ ol, - deyib telefonun dəstəyini asdı.
Evdən çıxıb birbaşa əkin sahələrinə üz tutan Səlim kişinin sevincək  vəziyyətdə  olduğunu görən adamlar tez başına toplaşdı. O isə icra başçısı ilə aralarındakı söhbəti olduğu kimi onlara nağıl etdi.
Hamı bir ağızdan :
-Şükür sənə , Allah , Kombaynsız biz neyləyərdik? - söylədi.
Hətta siyahı da tutuldu. Kombayn gələn kimi birinci Səlim kişinin əkin sahəsi  biçilməli idi. Bir saata qədər vaxt  keçdikdən sonra  əkin sahəsinə toplaşan əhali onlara sarı bir maşının gəldiyini gördü. Maşın adamlara yaxınlaşdı.Onun içindən düşən qalstuklu kişi üzünü adamlara tutub dedi:
-Salam,  mənim adım Kombayndır.İki gün var ki, rayonunuza təsərrüfat  işləri üzrə müavin təyin olunmuşam. İcra başçısı probleminizi mənə bildirdi.Sizə deyim ki,rayon mərkəzində olan digər iki kombayn da yenicə sıradan çıxıb. O biri kəndlərdə də qızğın təsərrüfat işləri gedir. Hər kəndin payına bir kombayn düşdüyündən bizim onlardan istifadəmiz müşkül məsələdir. Heç narahat olmayın, bir-iki günə rayon mərkəzindəki kombaynlar təmir olunan kimi, ixtiyarınıza veriləcəkdir.
Bir saat öncə əhalinin üzündəki sevinc hissləri bir anda yox oldu. Hamı mat-məəttəl qalmışdı.

Комментариев нет:

Отправить комментарий