Страницы

04.01.2013

Sevməkdən

Furuğ Fərruxzad

Bu gecə baxışlarından
Şerimə ulduzlar yağır
Kağızların donmuş bəyaz səyfələrinə
Qığılcım əkir pəncələrim
Sitmal,divanə şeyrim
Utanır ricalar çuxurundan
Tənini yenidən yandırır
Odların əbədi sussuzluğu
Iştə sevmənin başlanqıc noqtasıdır
Yolun sonu bəlli olmasa belə
Artıq düşünmürəm bu yolun sonunu
Çünkü çox mutluyam səni sevdıyım üçün
Qaranlıqdan nıyə qorxum ki
Gecə almas parçalarıyla doluykən
Gecədən artıq qalan

Yas gülünün məst edici ətridir
Qoy səndə saxlanım
Ta ki kimsə izimi tapmasın
Yandırıcı ruhun və nəmlı nəfəsin
əssin,mahnımın təninə
ah qoy bu açıq kiçik pəncərədən
xəyalların sıcaq qanadında uyuyaraq
gündüzlər eşlıyındə gəziyə çıxım
və aşım dünyaların sərhədlərini
bilirsən mi həyatdan nə istəyrəm
mən sən olam…sən…təpədən dırnağa sən
məndə gizli qalan bir dəryadır
dünyaya min dəfə gəlsəm belə
hər səfərində deyərdim sən və sən
məndə gizli qalan bir dəryadır
məndə saxlanma gücü yoxdur
keşkə səninlə bu dəhşətli fırtınadan
danışa biləsm
ürəyim sevginlə elə dolub daşın ki
istəyirəm qaçam çöllərə
başımı çırpam dağa daşa
tənimi buraxam dənizin dalğalarına
ürəyim sevginlə elə dolub daşıb ki
istəyirəm ovulub toz topraq olam
və töküləm ayaqlarının altına yavaş yavaş
kölgə kimi sənə aslanam
hə sevmənin tam zamanıdır
yolun sonu bəlli olmasa belə
artıq düşünmürəm bu yolun sonunu
çünkü səni sevmək çox gözlədir.

Çevirən : Şəlalə CAVANŞİR

Комментариев нет:

Отправить комментарий