Страницы

24.02.2013

"Şahbaz Quliyev istənilən idarəni bazara çevirər"

Redaksiyanın poçtundan

Azərbaycan Respublikası Dövlət orqanlarına
Sutəti: Media nümyəndələrinə

"Lap Şumaxer olsan da heç kəs pulsuz prava ala bilməz"

   Yazıb sizə bildirirəm ki, mən və qohumlarım Lənkəran şəhərində yerləşən 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinə gedib-gəlməkdən bezmişik. Sürücülük vəsiqəsinə konkret tas qoyublar, 900-1000 manatdır. Lənkəran 5 saylı RQİ şöbəsinin rəisi Elxan Zeynalov danışanda düzlükdən danışır, amma real vəziyyət belədir. 4 il Qarabağda tank sürmüşəm, 20 ildir Elxandan 011 sürməyə prava ala bilmirəm. Allah bizi müharibə vaxtı tank, əmin-amanlıq vaxtı eşşək sürmək üçün yaradıb? Elxan kimilər qurduğu korrupsioner sistem xalqı boğaza yığıb. Xalq çapılıb talanır, əvəzində avto ölümlərin sayı gündən günə çoxalır, naşı sürücülüyün ucbatından yollarımızda insanlar milçək kimi qırılır. 

   Qardaşım da Qarabağda canını qoyub yarımçılıq olmuşdu, prava üçün uzun illər getdi gəldi, axırda 650 manat topladıq, son tikəmizdən olub verdik, getdi pravasını aldı. Budurmu ədalət, budurmu haqq? Biz ancaq at kimi çapılmaq üçünmü yaranmışıq? 
  Hər dəfə Lənkərana gəlirəm, adam adama calanıb, növbədən tərpənmək olmur. Biri deyir qapımın inəyin satmışam, biri deyir kredit götürmüşəm. Hamı əlində pulla gəlir ora. Sanki prava almağa yox, mal bazarına gəlmisən. Amma bütün cənub bölgəsində körpə uşaqdan tutmuş hamı bilir ki, pulunu verməsən, heç kəs sənə prava verməz. Lap Şumaxer olsan da Elxan sənə prava verməz. 
   Yalandan salırlar kompüterə, guya imtahan verirsən, amma pulunu verməsən, bütün suallara yüz faizlik cavablar yazsan da, keçmirsən. Kompüter imtahanlar-zadı da boş şeydir, hamısı oyundur. Pulunu ver, muzıkanı zakaz ver. Belədir real vəziyyət. Bir evdən pravaya 650 manat verib almışıq, heç olmasa ikincimiz pul verməsin, ədalətli olsun. 
   İki qardaş, ikimiz də Vətən müharibəsi iştirakçısıyıq. Qardaşım da bir gün görmədi, maddi ehtiyaclar və xəstəliklər içində dünyasını dəyişdi. Müharibənin qızğın çağında mənim ailəm ac qalıb axırıncı tikəsini müharibə bölgəsində döyüşən oğullarına göndərəndə Elxan kimilər yağlı yerdə şellənirdi. İndi zərrə qədər də olsa hörmət görmürük. Gedin görün Rusiyada, İranda, hətta Ermənistanda veterana necə baxırlar, bizdə nə kökə qoyublar? Ev verirlər, pul verirlər, yardımlar verirlər. Bizi isə acından öldürürlər. Sabah mən xarici səfirliklərə yazsam ki, Qarabağ veteranına prava almaq üçün min manat rüşvət pulu lazımdır, bəyəm üzümüz ağ olacaq?
   Yazdığım şikayət sonra Lənkəran 5 saylı RQİ şöbəsinə çağırıldım. Orda sənədlərimi aldılar, baxdılar, müavin Şahbaz Quliyevin qəbuluna göndərdilər. Maraqlıdır ki, məni rəis Elxan Zeynalov çağırsa da, özü yox idi. Şahbaz Quliyevin qapısının ağzında növbə gözləyən onlarla adam vardı. Hamısı pul ilə onun görüşünə gəlmişdilər. Sürücülük vəsiqəsi almaq istəyən bu yoldaşlarla söhbət zamaı məlum oldu ki, vəsiqənin qiyməti 850 manatdır. Onlar deyirdilər ki, Elxan özü olsaydı, bir cür bir təhər dil tapmaq olardı, amma Şahbaza 850 manat verməsən işin düzəlməz. Yenə də köhnə hamam köhnə tas! Əgər mənə inanmırsınızsa, qoy Korrupsiya İdarəsi mülki paltarda 2 əməkdaşını göndərsin, Lənkəran 5 saylı RQİ şöbəsinin rəisi müavini Şahbaz Quliyevin qəbuluna yığışmış adamları sorğu-sual etsinlər. Onda görəcəksiniz ki, Şahbazın qəbuluna pulsuz gələn adam yoxdur. Bu adam cəlilabadlıdır, biz onu yaxşı tanıyırıq. Stalinin vaxtında bu cür genetikalı adamları vəzifəyə qoymazdılar. Heç Korrupsiya İdarəsinin əməkdaşlaına ehtiyac yoxdur, heç olmasa psixoloq göndərin, bu adamın sir-sifətinə baxsın, görsün bu adam vəzifədə işləyə bilər, ya yox? Şahbaz Quliyev istənilən idarəni bazara çevirər, biz cəlilabadlılar onu yaxşı tanıyırıq. Qapı ağzına yığışmış “qurbanlara” dedim ki, yuxarılara müraciət etmişəm, şikayət ərizəmə görə Şahbaz Quliyevin qəbuluna çağırılmışam. Mənə dedilər ki, Şahbaz şikayət-mikayət hərləmir, pulunu verməsən, sənədin keçməz. Kor-peşman geri qayıtmaq məcburiyyətində qaldım. Maşına hədər yerə 30 manat pulum getdi.
   Maraqlı cəhətlərdən biri də odur ki, şikayət məktubuni göndərəndən sonra yaxın qohumlarıma təzyiqlər başlayıb. Hətta mənə tibbi arayış verən müəssisəyə də Şahbaz Quliyev əl qatıb. Deyin, bu adam necə böyük bir mafiya şəbəkəsi qurub ki, şikayətçi adamlara bu cür dərs vermək iqtidarındadır? Onun korrupsiyadan yığdığı məbləğin həddi-hüdudu yoxdur. Dövlət orqanları Lənkəran 5 saylı RQİ barəsində ciddi ölçü götürməlidirlər.

Dövlətov Ziyad
Qarabağ mühaibəsi veteranı

Комментариев нет:

Отправить комментарий