Sədaqət Əliqızı
Görüşərik biz
Susmusan üzdə sonsuz bir kədər,
Baxdım gözlərinə qəlbim üşüdü.
Danış ürəyində qalmasın sözlər,
inana bilmirik bu son görüşdür.
Külək də dağıdır qəsdən saçımı,
Əlinsə uzanıb yığmır onları .
Nə oldu bizə nə oldu söylə
Hanı ömrümüzün xoşbəxt anları
İndi yaşayarıq tənha sevgisiz,
Qəmli xatirələr bölüşərək biz,
Sığınaq tanrının mərhəmətinə,
Bəlkə yenidən görüşərik biz.
SƏNİ GÖRCƏK
Səni görəcək sevincdən uçunuram ,
Sevgidən titrəyirəm.
Qara gözlərini çox sevirəm,
Gözlərinin dərinliyində azıb itirəm...
Saçlarını sığallayıb ,yanağına toxunmaq istəyirəm.
Hər gün səsinlə oyanmaq istəyirəm.
Sənlə tutub əl-ələ bu dünyadan qaçmaq,
Öz dünyamıza yaşamaq istəyirəm.
Bilsən səni necə SEVİRƏM!
Ürəyimdə gizlədib, sənə deyə bilmirəm.
Sənin varlığın üçün Tanrıya səcdə edirəm!
ÖLSƏM BU SEVGİNLƏ MƏNİ UĞURLA
Elə bəxtəvərəm məhəbbətinlə
Bəzən də qorxudur bu sevgin məni
Hərdən dəniz kimi o, təlatümlü
Bəzən də susqundur gözləri, nəmli
Axtar yer üzünü bənzəri yoxdur
Həm dərin, həm məsum ülvi bu hisslər
Süzülüb bir nurdan qəlbimə axdı
Rəngli röyadır şirin və gözəl
Sonsuz yaşayacaq sevgim canımda
Bunu anlayıram mən varlığımla
O qədər xoşbəxtəm hər bir anında
Ölsəm bu sevgimlə məni uğurla.
Görüşərik biz
Susmusan üzdə sonsuz bir kədər,
Baxdım gözlərinə qəlbim üşüdü.
Danış ürəyində qalmasın sözlər,
inana bilmirik bu son görüşdür.
Külək də dağıdır qəsdən saçımı,
Əlinsə uzanıb yığmır onları .
Nə oldu bizə nə oldu söylə
Hanı ömrümüzün xoşbəxt anları
İndi yaşayarıq tənha sevgisiz,
Qəmli xatirələr bölüşərək biz,
Sığınaq tanrının mərhəmətinə,
Bəlkə yenidən görüşərik biz.
SƏNİ GÖRCƏK
Səni görəcək sevincdən uçunuram ,
Sevgidən titrəyirəm.
Qara gözlərini çox sevirəm,
Gözlərinin dərinliyində azıb itirəm...
Saçlarını sığallayıb ,yanağına toxunmaq istəyirəm.
Hər gün səsinlə oyanmaq istəyirəm.
Sənlə tutub əl-ələ bu dünyadan qaçmaq,
Öz dünyamıza yaşamaq istəyirəm.
Bilsən səni necə SEVİRƏM!
Ürəyimdə gizlədib, sənə deyə bilmirəm.
Sənin varlığın üçün Tanrıya səcdə edirəm!
ÖLSƏM BU SEVGİNLƏ MƏNİ UĞURLA
Elə bəxtəvərəm məhəbbətinlə
Bəzən də qorxudur bu sevgin məni
Hərdən dəniz kimi o, təlatümlü
Bəzən də susqundur gözləri, nəmli
Axtar yer üzünü bənzəri yoxdur
Həm dərin, həm məsum ülvi bu hisslər
Süzülüb bir nurdan qəlbimə axdı
Rəngli röyadır şirin və gözəl
Sonsuz yaşayacaq sevgim canımda
Bunu anlayıram mən varlığımla
O qədər xoşbəxtəm hər bir anında
Ölsəm bu sevgimlə məni uğurla.
Комментариев нет:
Отправить комментарий