Страницы

22.02.2013

«Xudafərin» jurnalının 100-cü sayının işıq üzü görməsilə bağlı toplantı keçirilib

Xudafərin jurnalının 100-cü sayının işıq üzü görməsilə bağlı toplantı keçirilib20 Köçəri ayı, 34-cü ildə (20/-2/2013) Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycanda 10 ildir nəşr olunan «Xudafərin» jurnalının 100-cü sayının işıq üzü görməsilə bağlı toplantı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bilgi verib.
Toplantıda Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Yığıncağı giriş sözüylə AYB-nin birinci katibi Fikrət Qoca açıb. Tədbirin aparıcısı – AYB-nin Güney Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz Güneydəki ədəbi-mədəni mühitlə bağlı bilgi verib, soydaşlarımızın min bir əziyyətlə milli özünütəsdiq, ana dilinin inkişafı üçün göstərdikləri ardıcıl inadından danışıb, bu yöndə istedadlı gənclərin yarandığını bildirib.

Toplantı boyunca professorlar Nizami Xudiyev, Qəzənfər Paşayev, Cəmil Həsənli, Vaqif Arzumanlı, Məhəmməd Teymurov, Sabir Nəbioğlu, millət vəkilləri Aqil Abbas, Fazil Qəzənfəroğlu, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Esmira Fuad, Nazir Əhmədli, DAK-ın sədri, millət vəkili Sabir Rüstəmxanlı və başqaları çıxış edib, dərgi ilə bağlı düşüncələrini bildiriblər.
Sonda çıxış edən redaktor Hüseyn Şərqi Soytürk dərgi ilə bağlı üzləşdiyi qayğılardan danışıb. O, dərgidə güneyli və quzeyli aydınlara fərq qoymadığını bildirib.
Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı tədbirdə çıxış edib: «Bu gün Güney Azərbaycanda ana dilimizin, milli ruhumuzun inkişafı üçün Quzey Azərbaycanın hər bir aydını ciddi çaba göstərməlidir. Məncə, bunun bir yolu da Azərbaycan türkcəsində yeni söz yaradıcılığıdır. Aydın, təmiz türkcəmizdə danışarıqsa, bu, Güneyli soydaşlarımızın ulusal, ruhsal inkişafında ciddi yardım olar.
Başqa bir istəyim isə odur ki, Güneyli soydaşlarımız Qərbdən gələn yaradıcılıq axınlarına bac verməsinlər, onların təsirinə düşməsinlər. Şərq yönlü yaradıcılıq üslublarını isə ulusal özül üstə yaşatsınlar. Həsən Şərqi Soytürkün «Xudafərin» qəhrəmanlığını kutlayıram».
AYB yetkilisi Sayman Aruz çıxışlararası güneyli şairlərin şeirlərindən örnəklər oxuyub.
Tədbirdə ruhaniyyatçı-filosof Yolruh Atalı da iştirak edib.

azr.baybak.com
Xudafərin jurnalının 100-cü sayının işıq üzü görməsilə bağlı toplantı keçirilib

Комментариев нет:

Отправить комментарий