Страницы

09.03.2013

ABŞ-da quldarlıq 2013-cü ildə ləğv edilibmiş, …İngiltərə parlamentində ölmək olmazmış

Dünyanın 15 ən axmaq qanunu barədə bilinmədiklərimiz

Onları kim və hansı ağılla ortaya çıxarıb, olduqca müəmmalıdır. Amma onlar var və bəşər sivilizasiyasının müxtəlif dövrlərində bəlkə indikindən daha işlək vəziyyətdə olublar. Söhbət tarixin müəyyən mərhələlərində bəlli zərurətlər əsasında yazılmış və heç kim tərəfindən aradan qaldırılmayan ən axmaq qanunlardan gedir. Həmin qanunların 15 ən seçilmişi barədə danışacağıq. Ancaq belə sənədlərin sayı daha çox ola bilərdi. Fikrimizi əsaslandırmaq üçün ondan başlayaq ki, 2013-cü ilin əvvəllərinədək ABŞ-ın Misisipi ştatında quldarlıq rəsmən ləğv edilməmişdi.
Sən demə, 1865-ci ildə Birləşmiş Ştatlar Konqresi ölkə konstitusiyasına düzəliş edəndən sonra həmin vaxta qədərki status-kvonu dəyişmək üçün bəzi formal qaydaların həyata keçirilməsi yaddan çıxıbmış. Belə bir rüsvayçılığın aradan qaldırılması üçün hamı «Linkoln» filminə baxandan sonra ölkədə quldarlığın ləğvi tarixi ilə maraqlanmış Misisipi Universitetinin professoru Racan Batra təşəkkür edir. Mahiyyət isə bundadır ki, 1865-ci ildə konstitusiyaya düzəlişlə əlaqədar səsvermə sənədinin surətini Federal reyestrə göndərmək yaddan çıxdığından rəsmi qanunauyğunluq pozulubmuş.
Keçək mətləbə. Yəni, dünyanın bir çox ölkələrinin vətəndaşlarının yerinə yetirməyə borclu olduqları 15 qanuna.
1. Rusiyada çirkli maşına görə cərimə. Əslində cərimə çirkli maşına deyil, nömrə nişanını çirkli saxlanılması səbəbindən tətbiq edilir - 100 rubl. Maraqlıdır ki, bu qanun şüura da yeriyib. Çünki keçirilmiş sorğuların nəticələri göstərir ki, rəyi soruşulanların 50 faizi avtomobilin çirkliliyi dedikdə onun nömrə nişanının təmiz olmamasını nəzərdə tutur. Yalnız 9 faizin fikrincə, maşın içərisindəki sürücü görünmədiyi təqdirdə çirkli sayıla bilər.
2. Kanadada 1985-ci ildən 25 dollardan yuxarı olan əşyaların alınmasını 1 dollarlarla həyata keçirmək qadağandır. Yəni, tutalım 30 dollarlıq köynəyi əldə etmək üçün 30 dənə bir dollar ödəmək olmaz. Ən azından satıcılar belə ticarətdən imtina edə bilərlər.
3. İtaliya. Venesiyada göyərçinləri yemləmək rəsmi şəkildə qadağandır. Bu yasaq binaların tarixi görkəmini saxlamaq məqsədi daşıyır. Yedizdirilən göyərçinin binaların üstünə nəcis ifraz edəcəyi nəzərə alınır. Deməli, kimsə çaşıb Venesiyada çöl quşunu yemləsə, 600 dollarından keçməlidir. Ən qəribəsi isə budur ki, zərər verən şəxs haqq-hesabı yerindəcə çürütmək istəsə, məbləğ 60 dollara enir. Əlbəttə, polis turistlərə qarşı bu cəza tədbirindən istifadə etmir. Məsələdən xəbərsiz yerlilər isə demək olar, yoxdur.
4. İsrail. Bu ölkədə həftənin şənbə günləri asqırmaq olmaz. Hayfa şəhərində isə niyəsə çimərliklərə ayı gətirmək yasağı keçərlidir. Deməli, bu işi tutan «ağıllılar» var imiş…
5. ABŞ-ın Kaliforniya ştatı. Buradakı qanuna görə, ev heyvanlarını məktəblərdən, kilsələrdən və kafelərdən 500 metr aralıda gəzdirmək lazımdır. Ştatdakı ən əndərəbadi qanun sürücüsüz hərəkət edən avtomobillərlə əlaqədardır. Sən demə, belə avtomobillər üçün sürət həddi saatda 25 kilometri aşmamalıdır. Kaliforniyada eyni zamanda heç olmasa, iki inəyi olmayan adama «kovboy» çəkməsi geymək qadağandır.
6. Böyük Britaniya. Ölkənin York şəhərində bazar günlərindən başqa hər gün yay-oxla şotlandları vurmaq icazəsi qüvvədədir. Çester şəhərində isə gecədən sonra valliyalıları oxla naşan almağa icazə var.
7. Papua-Yeni Qvineya. Bu ölkənin Madanq bölgəsində qədim tarixə malik qanun hələ də qüvvədədir. Deməli, həyat yoldaşları xəyanət etmiş kişilərə arvadının sevgilisinin başını kəsmək icazəsi verilir. Bu azmış kimi başı kəsiləsi adam qeyri-qanuni cinsi əlaqədə olduğu qadının barmaqlarından birini yeməlidir. Qanun sonuncu dəfə 1950-ci ildə tətbiq edilib.
8. Böyük Britaniya. Buradakı daha bir qanuna görə, əgər vətəndaş monarxın şəklini zərfin üstünə tərsinə vursa, dövləti cinayətdə təqsirli bilinə bilər.
9. Paraqvay. Ölkədə duellər qadağan edilsə də, bir istisna var. Özünün daxili orqanlarını səhiyyə müəssisələrinə vəsiyyət edənlər duelə çıxa bilərlər.
10. ABŞ-ın Texas ştatı. Burada ayaqyalın olan şəxs gərək pivəni üç qurtumla içsin. Daha bir axmaq qanuna görə, cinayətkar öldürəcəyi adama onu qətlə yetirməzdən 24 saat əvvəl xəbər verməlidir. Belə bir xəbərdarlıq yoxdursa, məhkəmədə işlər daha da çətinləşir.
11. Astraliya. Ölkənin qanunvericiliyinə görə, ömürlük həbs müddəti 25 ili keçməməlidir. Viktoriya ştatında bazar günləri şər qarışandan sonra qırmızı şalvar geymək olmaz.
12. Böyük Britaniya. Londonda özünü Çelsidən olan təqaüdçü kimi göstərmək qadağandır. Burada həmçinin axşam saat 9-dan sonra kişilər öz həyat yoldaşlarını tək buraxmamalıdırlar. Nəzərə alınır ki, ikincilərin qışqırıqları şəhərin digər sakinlərinə maneçilik törədə bilər.
13. ABŞ-ın İndiana ştatı. Ştatda kişilər üçün öpüşməyə əngəl yarada biləcək bığların saxlanılması yasaq sayılır. Ştatda həmçinin quşların və dovşanların rənglənməsinə də qadağa qoyulub. İndianada daha bir qəribə cəhət riyaziyyatdan bildiyimiz «Pİ»nin 3,14ə deyil, 4-ə bərabər olmasıdır.
14. Böyük Britaniya. 2006-cı ildə ölkədə vergidən yayınmanın qarşısını almaq üçün kodeks qəbul olunub. Bu sənədə görə, ingilislərə vergi müfəttişinə ondan gizlədilən barədə məlumat vermək qadağandır. Ancaq hər bir vətəndaş sirr edilməyən məsələlər barədə məlumat verməyə borcludur.
15. Böyük Britaniya. İngiltərə parlamentində ölmək qadağandır. Belə hesab edilir ki, parlamentin binası kral sarayıdır. Əgər kimsə təsadüfən orada ölürsə, o, dövlət səviyyəsində dəfn edilməlidir. Buna görə də mühafizəçilər görsələr ki, parlamentin binasının qarşısında vəziyyəti pisləşən var, onu tezliklə həmin yerdən uzaqlaşdırırlar.

168.az

Комментариев нет:

Отправить комментарий