Страницы

06.03.2013

Ad günüm yadında nə cür qalaydı

Ruslan Dost Əli

Bu gün doğum günüm… ehhh unutmusan,
Nə bir görünürsən, nə səsin gəlir.
Bilmirəm, bəlke də sən ay sevgilim
Özün gəlməsən də, həvəsin gəlir…

Bəlkə də, bu boyda varlığım belə,
Bir gün yox, bircə an eyninə gelmir.
Bəlkə yadındayam, bəlkə mən haqda
 Bir dənə fikir də beyninə gəlmir…

Nə bilim,’’bəlkə’’lər yıxıb evimi,
Nə qədər əksəm də, bitəni yoxdu.
Qəriblik gətirib, qərib olmazdı
Axı sevgilərin vətəni yoxdu…


Qoy deyim,sənin də xəbərin olsun,
Bu gün iyirminci ad günüm oldu.
Doğmalıq görmedim, sən kimi mənə
Mənim bu günüm də yad günüm oldu.

Bu məhebbət alınmaz bir qalaydı,
əvvəllər beləydi yadındadırsa…
Ad günüm yadında nə cür qalaydı
Adımı yadından çıxarmısansa?!

Dünyamız zülmətə qerq olsa,yenə
Gizlədə bilməzdi qaranlıq səni.
Ad günümün sevincinə çatmazdı
Mən bu gün görsəydim bir anlıq səni...

Hər gün dərd verməkdən dala qalaydın,
Bir gün sevincinə şerik edəydin.
Demirəm gələydin, nəsə alaydın
Barı quru-quru təbrik edəydin...

Комментариев нет:

Отправить комментарий