Страницы

12.03.2013

Gəl bərabər olaq bu gecə

Məlihə Əzizpur

Gəl bərabər olaq bu gecə...
ıldırımla yağış kimi
bir başlayaq, bir qurtaraq sözümüzü
şeh toprağa açıqlayaq özümüzü...
Gəl bərabər olaq bu gecə...
Serçələrə çörək yapaq içimizdə
onlar üçün qonaq olaq ikimiz də!
Hava yaman soyuqdur!
Ağacların barmaqları donubdur
əllərini çək şəhərin üstünə
qoy, ürəyi qızsın barı yarına
yayı, yazı bir-bir salsın yadına.
gəl bərabər olaq bu gecə...

və, qayıtmayaq ötən çağın nəfəsindən
və, ayılmayaq sevgimizin həvəsindən...
gəl
bərabər ölək
bu gecə...

Комментариев нет:

Отправить комментарий