Страницы

08.03.2013

Hacı Arzu - Burax dostun yaxasını


Atan atıb gedib körpə çağında,
Ya vurub qan damıb gül dodağından,
Ya içib olmayıb ev marağında,
Bilsən kimdi sənə qara gün yazan,
Atanı əfv etmək asandır asan.

Ana fikri qalsa ata evində,
Ya girsə min cildə, ya çıxsa dindən,
Ya xəbəri gəlsə Dübaydan, Çindən,
Bilsən kimdi sənə qara gün yazan,
Ananı əfv etmək asandan asan.

Qardaş-bacı küsüb sənə yad olsa,
Ya səndən uzaqda xoşbəxt, şad olsa,
Ya canın yananda o rahat olsa,
Bilsən kimdi sənə qara gün yazan,
Qardaşı-bacını əfv etmək asan.


Qohumlar qoymasa adam yerinə,
Ya inamın yoxsa ondan birinə,
Ya el bilir yol tapsalar sirrinə,
Bilsən kimdi sənə qara gün yazan,
Qohumların əfvi asandan asan.

Din qardaşın yığıb başına dəstə,
Yıxsa səni qəfildən ağzı üstə,
Ya da bir işindən, sözündən küssə
Bilsən kimdi sənə qara gün yazan,
Din qardaşın bağışlamaq çox asan.

Ata-ana, qardaş-bacı, qohumla,
Həm dostların, həm din qardaşlarınla
Keçinmək asandı vallah bir yolla,
Bilsən kimdi sənə qara gün yazan,
Xalqı bağışlamaq asandan asan asan.

Allah bu torpağa bərəkət verib,
Qızıl, nöyüt, varlı təbiət verib,
Adambaşı ləl dolu səbət verib
Beş quldur bağlayıb elin qolunu,
Çalıb-çapıb sərvətini, malını.

Nə abırlı həyatçun imkan qalıb,
Nə də dərd içində sağlam can qalıb,
Nə firon əlindən düz iman qalıb,
Səsin çıxaranı dama basırlar,
Öz əliylə barmaqlıqdan asırlar.

Sərvət nədi, namus-qeyrət satılır,
Allah verən eşq, məhəbbət satılır,
Parlamentə mandat, dövlət satılır,
Candan keçən olur vətən xaini,
Əgər sussan, daimidi daimi.

Nə qədər ki vuruşursan atanla,
Vuruşursan dostla, adi adamla,
Vuruşursan suyu baha satanla,
O beş quldur öz işində kefdədi,
Ləl haqların poladdan sədəfdədi.

Aranı qatırlar rahat yeyələr,
Ciblərində tiryək qapı döyələr,
Əyilməyən boyunları əyələr,
Burax dostun yaxasını, oyundu,
Bu oyuna gedən vallah qoyundu.

Bir Allahu Əkbər deyib yola çıx,
Dost-qardaşla meydana qol-qola çıx,
Nə qədər ki ayaq açıq, qol açıq
Burax yaxınlarla savaş marağın,
Vur dağılsın quldurlın tifaqı.

haqqyolu.com

Комментариев нет:

Отправить комментарий