Страницы

09.03.2013

Əhmədinejadla bağlı yayılmış şəkil fotoşop çıxıb (foto)


Professional Oxucu Liqası “əl-Şiə” səhifəsinə istinadən xəbər verir ki, Venesuela paytaxtı Karakasda Uqo Çavesin dəfn mərasimində çəkilmiş İran prezidenti Mahmud Əhmədinejadın mərhumun anasını əlindən tutmasını əks etdirən şəkil fotoşop çıxıb. Sən demə Əhmədinejadın əlindən tutduğu şəxs Çavesin anası yox, yaşlı bir kişi idi.
“əl-Şiə” səhifəsində deyilir: “Bir müddət əvvəl Mahmud Əhmədinejad haqda saxta şəkil yayılmışdı. Sizlərə əsl şəkili nümayiş etdiririk və həqiqətin aşkar olması üçün paylaşmanızı rica edirik.”
Xatırladaq ki, bugün səhər saatlarında İranın “Afkarnews.ir” saytı tərəfindən yayılmış Əhmədinejadın mərhum Uqo Çavesin anasına təsəlli verməsini əks etdirən şəkil bu ölkənin bəzi dini dairələrində narazılıqla qarşılanmışdı.

Комментариев нет:

Отправить комментарий