Страницы

19.03.2013

İsa Qəmbər KQB agentidir

Siyavuş Novruzov: Müxalifət partiyalarının bir çoxu ayrı-ayrı dövlətlərin, ayrı-ayrı xarici kəşfiyyat orqanlarının Azərbaycanda “nümayəndəlikləridir” və aldıqları konkret tapşırıqlar əsasında fəaliyyət göstərirlər. Məsələn, İsa Qəmbər Azərbaycan SSR KP MK-nın ikinci katibi Polyaniçkonun bir nömrəli adamı olub, ona işləyib. İndi hərdən deyirlər ki, Müsavat Partiyasına qurultay keçirmək yer vermirlər. Amma biz təklif edirik ki, Müsavat Partiyasına yer verilsin və bu yer də keçmiş “Şəhriyar” adına, indiki Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzi olan klub olsun. Çünki o bina əvvəllər KQB-nin, indi də MTN-in mədəniyyət evidir və bura daim İsa Qəmbər üçün doğma olub. 1988-90-cı illərdə Polyaniçko orada gənc alimlərə “kurs” keçən zaman onun ən sevimli tələbəsi İsa Qəmbər olub. Yəni ona orada öyrədilirdi ki, çıxıb indi “Azadlıq” adlanan meydanda ümumxalq mitinqlərində neçə çıxış eləmək lazımdır. Bütün bunlardan sonra indi çıxıb bu cür danışan adam elə zənn edir ki, hamı tarixi unudub, amma heç kim bu tarixi unutmayıb...

Комментариев нет:

Отправить комментарий