Страницы

14.03.2013

"Qarabağ xainlərinin adlarını açıqlamağa hazıram!"

ŞOK! İRANLI DEPUTAT MƏNSUR HƏQİQƏTPUR SİYAVUŞ NOVRUZOVA MƏKTUB YAZDI:

Aran İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Doktor Mənsur Həqiqətpur Azərbaycan Respublikası Parlamentinin hakim Yeni Azərbaycan Partiyasından olan deputatı Siyavuş Novruzova məktubunda onun son fikirlərinə cavab vermiş və Azərbaycan Respublikasının dövlət televiziyası vasitəsilə Qarabağ xainlərinin adlarını açıqlamağa hazır olduğunu bildirmişdir. Doktor Həqiqətpurun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:

Cənab Novruzxan! Qarabağ və ermənilərə yardım haqda danışmısan. Əgər sənə bir ünvan versəm, Badkubənin parlament deputatı kimi onu araşdırarsanmı? Məmmədrəfi Məmmədovu tanıyırsanmı? İndiyədək Azərbaycan Nazirlər kabinetinin üzvü olan cənab dayı sənə Qarabağ haqda danışmayıb?
Cənab Novruzxan! Sizin dövlət televiziyanız bizdə olan bəzi filmlərin yayımınz icazə verərmi? Siz bir deputat kimi dövlət qurumlarından və ölkənizin ordusundan Qarabağ həqiqətlərinə dair bəzi filmləri ala bilərsinizmi?
Cənab Novruzxan! Qalada, Üçtəpədə və digər bölgələrdə yerləşən təlim qarnizonlarının döyüşçülərindən bizim ünvanımız və xidmətlərimiz haqda soruşa bilərsən. Ağdərə və digər döyüş zonalarının yerli əhalisindən də bizim barəmizdə məlumat ala bilərsən. Əgər dövlət rəsmiləri sizə həqiqətləri deməsələr, əmin olun ki, vəfalı və düşüncəli azərilər bir çox həqiqətləri söyləyərlər; təbii ki, siz və sizin təhlükəsizlik orqanlarınız bundan ötrü xalqı incitməsə.
Əgər Azərbaycan dövlət televiziyasından mənim üçün vaxt ala bilsən, İslam torpaqları olan Qarabağa xəyanət edənlərin adlarını açıqlaya bilərəm.
Novruzxan! Bilirsənmi sizin hansı məmurlarınız Xankəndidən, Xocalıdan, Gəncədən və digər yerlərdən qaçıb bir dəqiqə müqavimət göstərmədilər? Əgər Heydər Əliyev sağ olsaydı, sizə həqiqəti söyləyərdi. Mən sizin halınıza acıyıram; ya həqiqəti bilmirsiniz, ya da deyirlər ki, bilməyin.
Siz möhtərəm deputat Qarabağ uğrunda gedən hansı döyüşdə iştirak etmisiniz? Bu barədə bizə bir qədər danışa bilərsən?
Neçə nazir, deputat, yaxud hər hansı məmur – özləri, ya övladları Qarabağda vuruşub, şəhid olub və ya yaralanıb? Tarixin mühakiməsindən ötrü rəqəm deyə bilərsənmi?
Doğrusu, Novruzxan, Badkubə parlamentinin siz möhtərəm deputatları indiyədək Qarabağın azadlığı istiqamətində hansı qanunları qəbul etmisiniz?
Cənab Novruzxan! Əgər Qarabağ döyüşlərində iştirak etməmisənsə, parlamentdə Qarabağın azadlığı üçün bir iş görməmisənsə, səndə cihad və mübarizə yolu ilə Qarabağı azad etmək iradəsi yoxdursa, tövsiyə edirəm bu haqda söhbəti uyğun iradəyə malik olan və bəziləri dini etiqadlarını müdafiə etdiklərinə görə hazırda həbsxanalarda olan kişilərin öhdəsinə buraxasan.
Novruzxan! Bir milyon qaçqın nə haldadır? Bu qaçqınlar üçün proqramınız olmuşmu?
Novruzxan! Əgər cürətin və sədaqətin varsa, Qarabağ haqda geniş diskussiyaya və fikir mübadiləsinə hazırıq. Amma indiyədək Qarabağın azadlığı üçün bir iş görməmisənsə, lütfən sakit ol.
Cənab Novruzxan! Son cavabında İranın Ermənistanla siyasi əlaqələrindən danışmısan. Yəqin bilirsən ki, bu əlaqələr qonşuluq həddində və Tehran-Bakı əlaqələrindən çox azdır. Türkiyə-Ermənistan əlaqələrinin kəsilməsindən danışmısan, halbuki Türkiyə özünün Ermənistanla ixtilaflarına görə bu əlaqəni kəsib, Azərbaycana görə yox. Və bu da çox çəkməyəcək. Türkiyə hökumətinin Qərbin xeyrinə dəyişməkdə olan son siyasətlərindən dolayı, Ermənistan və Türkiyə əlaqələrinin genişlənməsini mütləq görəcəksiniz. Həm də yəqin ki, Türkiyənin Ermənistanla geniş iqtisadi əlaqələrindən xəbərdarsınız.

Комментариев нет:

Отправить комментарий