Страницы

02.03.2013

Ürəyimə hopan sən

Cəfər Bozorg Əmin

İslaq notlar
Səni oxuyub
Oxunub baxışlanıram
İslaq notlarımda
Tanrıcıqlar
Qısqancı qıdıqlanır
Sevgimizə
Cəhənnəmdə alovlanıram.
***
Göl
Sona
Qamış asılısı
İki bərəlmiş göz
***
Ürəyimə hopan səni
Şeirimin damarlarına
Mahnılayıram

 ***
Dəniz qızı
Dalğamı sarılır
Yalnız bir dəniz qızı
Sürüşür
Üzüşür
Gözümü itir
Dənizim bitir

Комментариев нет:

Отправить комментарий